Əsas Səhifə > Sosial, Manşet > ƏƏSMN-də DSMF özbaşınalığı: Səlim Müslümov özünü köhnə nazirlə müqayisə etdi

ƏƏSMN-də DSMF özbaşınalığı: Səlim Müslümov özünü köhnə nazirlə müqayisə etdi


18-02-2014, 09:51
ƏƏSMN-də DSMF özbaşınalığı: Səlim Müslümov özünü köhnə nazirlə müqayisə etdi
DİA.AZ: - Nazir postuna təyin edildikdən sonra daha çox şəxsi xarizmasına qulluq etmə yolunu tutan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da deyəsən ƏƏSMN-dəki ənənəvi qaydalarla işləməyə qərar verib. Bu barədə DİA.AZ-a nazirlikdəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, ilk başdan sərt üzünü göstərən və onlarla məmuru vəzifəsindən kənarlaşdıran Səlim Müslümov bu gün nazirlik daxilində istədiyi mühiti qura bilib.

Mənbənin söylədikləri: «Əslində «bu gün ƏƏSMN-də DSMF-nin köhnə və əzəli ab-havası hökmrandır» desək, yanılmarıq. Halbuki 22 oktyabr təyinatına qədər əksəriyyət, cəmiyyətin əksər təbəqələri məhz ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondundan daha səmərəli fəaliyyət göstərdiyi qənaətində idi. Əgər belə idisə, nədən Səlim Müslümova bu cür etimad göstərildi ki, indi o da ƏƏSMN-də illər ərzində min-bir əziyyətlə qurulan mexanizmi darmadağın edib».

Mənbə iddia edir ki, bu həftənin əvvəlindən etibarən bütün yerlərdəki ƏƏSMN strukturlarına birbaşa olaraq nazirin adından yeni təlimat verilib: «Əslində təlimat yeni deyil. Bildirilir ki, köhnə qayda ilə işləyib, vaxtlı-vaxtında «yuxarıların» maraqları təmin edilməlidir».

Mənbə bu arada maraqlı bir faktı da açıqladı: «Səlim Müslümov hətta işçilərində əminlik də yaradıb ki, o, Fizuli Ələkbərov kimi zəif fiqur deyil ki, hansısa işçisi həbs olunsun. Yəni bununla nazirin nələrə işarə etdiyini təxmin etmək o qədər də çətin deyil».

Bütün maraqlı tərəflərin mövqeyini dinləməyə hazırıq…

Geri qayıt