Əsas Səhifə > Sosial, Manşet > Neft şirkətində ixtisara düşəcək məmurlara bazarlıq təklifi

Neft şirkətində ixtisara düşəcək məmurlara bazarlıq təklifi


13-02-2014, 12:39
Neft şirkətində ixtisara düşəcək məmurlara bazarlıq təklifi
DİA.AZ: - Dövlət Neft Şirkətinin rəhbərliyi yeni ixtisarlarla bağlı artıq cəmiyyəti yetərincə bilgiləndirib. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, neft şirkətində işdən çıxarılanlar təkcə fəhlələr olmayacaq.

Məlumatlara görə, ARDNŞ-nin iki idarəsində üst-üstə təxminən 50-yə yaxın vəzifəli şəxsin də görəvdən alınması, daha dəqiqi, ixtisara salınması planlaşdırılır.

Xəbəri verən mənbə bildirir ki, amma ixtisara düşəcəyi haqda xəbəri yayılan və sayları 20 minə çatacağı deyilən fəhlələrdən fərqli olaraq görəvdən alınacaq ARDNŞ məmurlarının əksəriyyətinə başqa idarələrdə iş yeri təklifi ediləcək. Doğrudur, bunu neft şirkətinin rəhbərliyi «mütəxəssislərə verilən qiymət» kimi təqdim etsə də, vəziyyət heç də görünən kimi deyil.

Daxil olan informasiyaya görə, artıq indidən vəzifələri ixtisara düşən məmurlardan pul yığmağa başlayıblar. Bildirilir ki, yeni vəzifə istəyənlər bunun «müqabilini» ödəməlidirlər. Hər bir vəzifənin konkret qiymətinin olduğunu bildirən mənbə, hətta boşalmayan yerlərin belə satışa çıxarıldığını iddia edir. Yəni pulun varsa, istənilən vəzifəni satın ala bilərsən…

Geri qayıt