Əsas Səhifə > Sosial, Manşet > Şeyxə qarşı aparılan kampaniyanın arxasında konkret məmur dayanır

Şeyxə qarşı aparılan kampaniyanın arxasında konkret məmur dayanır


3-02-2014, 11:57
Şeyxə qarşı aparılan kampaniyanın arxasında konkret məmur dayanır
DİA.AZ: - Son günlər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni aşkar surətdə hədəfə alan və onun ünvanına müxtəlif ittihamlar səsləndirən qrupların nədən bu addımı atdıqları gün kimi aydındır. Hər halda, Şeyxin ilk dəfə olaraq onları hədəfə alması - nurçulardan, vəhabilərdən danışması və bu iki təriqətin Azərbaycana yaxşı nəsə vəd etmədiyini deməsi, həmin qüvvələrin kürkünə birə salıb. Elə bunun da nəticəsidir ki, aşkar hədəfə çevrilən həmin dairələr bu gün Şeyxə qarşı kampaniya aparırlar. Amma gizli şəkildə. Elə DİA.AZ redaksiyasına da müxtəlif e-mail adreslərindən müxtəlif ittihamların yer aldığı «məlumatlar» göndərilməkdədir. Bəlkə də gün ərzində bu qəbildən olan 20-30 «məlumatı» redaksiyamız qəbul etmək zorunda qalır.

Məlumatlı mənbələrdən aldığımız informasiyalardan belə aydın olur ki, bu gün Şeyxə qarşı, onun nüfuzdan salınması məqsədilə çox ciddi bir şəbəkə fəaliyyətdədir. Bu barədə danışan qaynaq iddia edir ki, həmin şəbəkə hal-hazırda internet portallarının arxivlərini belə eşələməklə məşğuldur:

«Hansı saytda Şeyxə qarşı hansı ittihamlar səsləndirilib, onları toplayaraq, mətbuata ötürürlər. Təbii ki, məqsədləri QMİ sədrini hörmətdən salmaqdır. Amma eyni zamanda Şeyxə qarşı öz istehsalları olan «xəbərləri» də yayırlar. Həmin «xəbərlərin» əksəriyyəti şantaj xarakterlidir. Allahşükür Paşazadə Ruhani İdarənin rəhbəri olaraq müxtəlif vaxtlarda həm vəhabilərlə, həm də nurçularla təmasda olub ki, bu da təbiidir. Amma buna rəğmən həmin təbii olan münasibətlər vəhabi və nurçu çevrələrin gözdənsalma kampaniyası çərçivəsində mətbuata yolladıqları materiallarda şeyxin vəhabilər və nurçularla işbirliyində olmasının nəticəsi kimi təqdim olunur ki, bu da aşkar qərəzin nəticəsi kimi qarşılanır».

Mənbəmiz bildirir ki, bu gün həmin şəbəkə konkret şəkildə maliyyələşir: «Maraqlıdır ki, həmin şəbəkəni himayə edənlər arasında bir azərbaycanlı məmur da var. Bu da təsadüfi deyil. Belə ki, Şeyx öz açıqlamasında məmurların, məmur övladlarının da vəhabi və nurçulara dəstək verdiyini açıqlamışdı. Doğrudur, ad çəkilmədi. Amma fakt faktlığında qalır. Və hər kəs kimə işarə edildiyini yaxşı bilir. Elə bu da həmin dairələrin Şeyxə qarşı hərəkətə keçməsinə səbəb olub. Onlar özlərinə «Şeyx-Leaks» adını qoyublar. Fakt odur ki, «Şeyx-Leaks» şəbəkəsi məmur himayəsi altındadır. Həmin məmuru isə Şeyx asanlıqla təsbit edə bilər».

Geri qayıt