Əsas Səhifə > Sosial, Manşet > `Azəriqaz`ın YENİ PLANI NƏYƏ XİDMƏT EDİR...

`Azəriqaz`ın YENİ PLANI NƏYƏ XİDMƏT EDİR...


16-05-2023, 08:19
`Azəriqaz`ın YENİ PLANI NƏYƏ XİDMƏT EDİR...
DİA.AZ: - Məlumdur ki, "Azəriqaz" İstehsalat Birliyi smart-kart tipli sayğacların mərhələli şəkildə ləğv ediləcəyini xəbər edib və bu barədə rəsmi qaydada açıqlama verilib. Açıqlanan yeni uyğulamadan belə aydın olur ki, onların əvəzinə ağıllı qaz sayğacları quraşdırılacaq. DİA.AZ bildirir ki, bu dəyişikliyi Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünəməxsus şəkildə dəyərləndirərək, "Azəriqaz" rəhbərliyinə ismarıc da ünvanlayıb.

M.Qəhrəmanlının "Azəriqaz"ın məlum tədarükünə verdiyi reaksiyanı təqdim edirik: "Ağıllı (indi dəbdə olan söz) sayğac ,ona görə "ağıllı" olacaq ki, Tarif Şurasının əhaliyə tədbiq etdiyi və gələcəkdə tədbiq edəcəyi qaz lmitini, abonentlərə qaz sərfi "yükləmələrini", sayğaca müdaxilə adı ilə tədbiq olunan "cərimələri", itirilmiş qazın (uçota alınmayan qaz sərfini , hansı ki, hal hazırda, sürətlə davam edir) hesablanmasını , nəticədə bir kub metr qazın qiymətinin süni şəkildə qalxmasını, və s ."ağıllı sayğac tənzimləyəcək “.

Sayğacın qeyd olunan "bilik və bacarığını" nəzərə alıb təklif edirəm:
✅ ARDNŞ islahatları zamanı müdriklərin istifadə etdiyi "stream" sözü Azəriqazın sayğac islahatlarında da tədbiq edilsin və sayğac Rapid stream( sürətli axın) adlandırılsın.
Arifə bir söz atması da kifayətdir❗️.."

Məsələ diqqətimizdədir... İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt