Əsas Səhifə > Sosial, Manşet > Direktorun islahatı Tədris Cərrahiyyə Klinikasını “batırır”

Direktorun islahatı Tədris Cərrahiyyə Klinikasını “batırır”


12-05-2023, 09:34
Direktorun islahatı Tədris Cərrahiyyə Klinikasını “batırır”
DİA.AZ: - "Məlum olduğu kimi, Türkiyənin Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili-tibbi yardım kafedrasının dosenti Mücahit Avcil, xeyli müddətdir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyəli “mütəxəssis” ötən ilin oktyabr ayının 11-də kollektivə təqdim olunub, amma bu təyinat sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilın adının Türkiyə mediasında neqativ işlərdə hallanması, eyni zamanda bu şəxsin qardaş ölkədə daşıdığı vəzifəsindən qalmaqallı şəkildə istefa verməsi, məhz geniş ictimai müzakirələrə səbəb olmuşdur. Ötən il mətbuatda daha çox müzakirə olunan məsələlərdən biri də, Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunan Mücahit Avcilın, keçirilən təqdimat tədbiri zamanı stol üstündən su butulkasını götürərək başına çəkməsi və kollektiv qarşısında gülməli vəziyyətə düşməsi olur. Qeyd edək ki, bu şəxsin kadr siyasəti də birmənalı qarşılanmır və Mücahit Avcil Türkiyədən olan yaxın dostu İlhan bəyi, bir müddət bundan əvvəl heç bir əmr-filan olmadan Tədris Cərrahiyyə Klinikasına qeyri-rəsmi nəzarətçi təyin edir. Gülməli olsa da qeyd edək ki, heç bir vəzifə daşımayan İlhan bəy Tibb Universitetinin professoruna “əmr” verir. Bu da universitetdə normal qarşılanmır və hansı ki, həmin professor Tədris Cərrahiyyə Klinikasının ilk yaradıcılarından olan Sədrəddin müəllimdir. Bu şəxsin Sədrəddin müəllimə “əmr” verməsinə səbəb, Tədris Cərrahiyyə Klinikasının dəhlizlərində gəzən pişiyi, professorun protokollaşdıraraq bayıra çıxartdırması olur. Bu səbəbdən də, İlhan bəy Sədrəddin müəllimə “əmr” verir. Qeyd edək ki, bu Klinikada baş verən qeyri-adi hadisələr heç də bütün bunlarla yekunlaşmır. Məsələn, Mücahit Avcil laboratoriya müdirini işdən çıxarır və həmin şəxsin yerinə iş bacarığı olmayan Elxan adlı birisini təyin edir. Daha utandırıcı hal ondan ibarətdir ki, bu gün Tədris Cərrahiyyə Klinikasında idarəçilik elə bərbad formada həyata keçirilir ki, burada çalışan professorlar, dosentlər və həkimlər özəl klinikalara üz tuturlar və onlar cərrahiyə əməliyyatlarını həmin səhiyyə müəssisələrində həyata keçirirlər. Yalnız iki şöbənin müdiri, yəni trovmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli və oftamotologiya şöbəsinin müdiri Qurban İsmayılov, həm xəstələrin müayinə və müalicə işlərini, həm də cərrahiyə əməliyyatlarını Tədris Cərrahiyyə Klinikasında həyata keçirirlər. Bu da onu söyləməyə əsas verir ki, Mücahit Avcilın “nataraz idarəçiliyi” bu Klinikanın “bel sütunu”nu məhv edir. Bundan əlavə, Tədris Cərrahiyyə Klinikasında təcrübəsizlik halları o qədər baş alıb gedir ki, hətta laboratoriya müayinələrinin nəticələrindən həkimlər də narazılıq edirlər. Bu Klinikanın təsərüfat işləri üzrə müavini də başını götürüb qaçıb və Razik adlı maliyyə şöbəsinin müdiri isə, daşıdığı vəzifəsindən istefa verib. Az sonra bu şəxs çalışdığı müəssisədən baş götürüb gedib. Düşündürücü hal odur ki, İlhan bəy Klinikada rəsmi vəzifə sahibi olmasa da, bu şəxs birinci mərtəbədəki kassada və qeydiyyat şöbəsində çalışan gənc xanımlarla gün ərzində “laqqırtı vurur” və günlərini belə bir formada keçirir".

Mövzunu diqqətdə saxlayacağıq.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt