Əsas Səhifə > Sosial, Manşet > Naxçıvan təhsilində ATTESTAT ALVERİ...

Naxçıvan təhsilində ATTESTAT ALVERİ...


5-05-2023, 08:51
Naxçıvan təhsilində ATTESTAT ALVERİ...
DİA.AZ: - Neçə müddətdir ki, Naxçıvan təhsilində mövcud olan eybəcərliklərlə bağlı oxucularımızı məlumatlandırmaqdayıq. Qeyd edək ki, DİA.AZ olaraq açıqladığımız faktlar böyük rezonans doğursa da, nədənsə hansısa tədbir barədə bilgilər almırıq...

Biz isə Naxçıvan təhsilinin eybəcərlikləri barədə əldə etdiyimizi informasiyaların təqdimatını davam etdiririk. Xatırladaq ki, keçən yazılarımızdan etibarən MR təhsilinin evini yıxan attestat alverindən danışmaqdayıq...

İLK YAZI BURADA: Naxçıvan təhsilinin daha bir ÖZƏLLİYİ: ATTESTAT ALVERİ... - BU DA FAKT!!!

DİA.AZ-a göndərilən məlumatlarda daha sonra bildirilir:

"Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2022-ci ildə əksəriyyəti satılan eksternat qaydada verilən Attestatlaların rayonlar üzrə siyahısı belədir:

1.Naxçıvan şəhəri
Ümumi orta --33
Tam orta ----60
Cəmi--93

2.Şərur rayonu
Ümumi orta --113
Tam orta ---110
Cəmi ---223

3.Babək rayonu
Ümumi orta -13
Tam orta --37
Cəmi --50


4.Ordubad rayonu
Ümumi orta -5
Tam orta -59
Cəmi --64


5.Culfa rayonu
Ümumi orta -8
Tam orta -30
Cəmi 38

6.Kəngərli rayonu
Ümumi orta -16
Tam orta --29
Cəmi --45


7.Şahbuz rayonu
Ümumi orta-3
Tam orta -4
Cəmi -7

8.Sədərək rayonu
Ümumi orta --14
Tam orta --24
Cəmi 38

9.Birbasa tabe məktəblər
Ümumi orta -1
Tam --4
Cəmi --5.

Burdan belə aydın olur ki, Şahbuz rayonu Kəngərlidən və Sədərəkdən qat-qat böyük rayon olmasına baxmayaraq ən az eksternat attestat satışı Şahbuzda olub. Görəsən niyə?.."

Bu suala növbəti yazımızda cavab tapmağa çalışacağıq. Açıqlanan faktlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


ZƏRURİ QEYD: Bildirək ki, bu faktlar açıqlanan ilk günlərdən MR təhsil nazirliyi əvvəlcə normal olaraq münasibət bildirərək yazılanları şərh etdi. Lakin sonradn faktlar qarşısında hər hanı bir cavabın olmaması səbəbindən (biz belə qənaətə gəldik -dia.az) bu dəfə MR Təhsil Nazirinin şçəninə tərif yağdıran trolları işə saldı...

Təbii ki, bu şəkildə hansısa faktı ört-basdır etmək olmaz... Orası tamam... Naxçıvandır... Amma həm də Azərbaycandır və nəhayətdə Naxçıvan VASİF TALIBOVUN İZİNDƏN qurtulmalıdır ki, qurtulacaq da... Ona görə, cənablar, əvvəlki - Vasif Talıbovun dövründəki metodlarınızla mətbuata münasibət sərgiləməkdənə, sağlam şəkildə mövqe ifadəsinə keçin... Qapılarımız üzünüzə açıqdır...

Geri qayıt