Əsas Səhifə > Sosial, Manşet > ƏƏSMN milyon yarımlıq tenderi Eldar Mahmudovun kadrına verdi...

ƏƏSMN milyon yarımlıq tenderi Eldar Mahmudovun kadrına verdi...


3-03-2023, 10:16
ƏƏSMN milyon yarımlıq tenderi Eldar Mahmudovun kadrına verdi...
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyaların alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki qalib “B2B Group” MMC (VÖEN: 1005873041) şirkəti olub.

Şirkətlə 1 186 977 manat məbləğində müqavilə imzalanıb.

Həmin müqavilədə “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması nəzərdə tutulur.

DİA.AZ bildirir ki, "B2B GROUP" MMC ilə bağlı yerli KİV-də yetərincə maraqlı informasiyalar dolaşmaqdadır ki, bu vaxta qədər heç bir formada təkzib edilməyib.

Onu da xatırladaq ki, "B2B GROUP" MMC təkcə ƏƏSMN-nin yox, daha bir neçə dövlət qurumunun da əsas tender partnyoru kimi diqqətə gəlməkdədədir və büdcənin kifayət qədər böyük pulları bu MMC-yə ötürülür. Elə bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün texnoloji avadanlıqların satın alınması üzrə tenderin qalibini elan edərkən sözügedən MMC-yə 869 884 manatlıq vəsaiti həvalə etmişdi.

İndi isə gələk KİV-də səslənən iddialara...

"B2B GROUP" MMC 2019-cu ilin aprel ayının 19-da təsis edilib.

On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 26, mənzil 89 ünvanıdır.

Şirkətin qanuni təmsilçisi Sumqayıt şəhər sakini Bəşirov Ramal Bəşir oğludur.

DİA.AZ-ın yerli KİV-də araşdırması zamanı məlum olub ki, 2019-cu ildə yaradılan "B2B GROUP" MMC-nin himayədarı böyük əlaqə və informasiyalara malik şəxsdir. Bu şirkətin əsl sahibinin isə 2015-ci ildə prezident İlham Əliyev tərəfindən ləğv edilən milli təhlükəsizlik nazirinin birinci müavini general Elçin Əliyev olduğu iddia edilir.

İddialara görə, "B2B GROUP" MMC-nin yüz min manatlarla məbləği olan dövlət satınalmalarında qalib elan edilməsinin səbəbi Eldar Mahmudovun ən yaxın kadrlarından hesab edilən Elçin Əliyevin güclü əlaqələri olmasıdır.

İndi isə imkan yaranır ki, ƏƏSMN-nin tender dostunun kimliyi ətrafında müəyyən şübhələrin yarandığını iddia edək...

İddian olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt