Əsas Səhifə > Sosial, Manşet > Ağalar Vəliyevin tikdiyi bina: AÇIQ TƏHLÜKƏ MƏNBƏYİ

Ağalar Vəliyevin tikdiyi bina: AÇIQ TƏHLÜKƏ MƏNBƏYİ


2-03-2023, 09:19
Ağalar Vəliyevin tikdiyi bina: AÇIQ TƏHLÜKƏ MƏNBƏYİ
“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var.
DİA.AZ bildirir ki, bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər.
Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxladıq:
Şirkətdən məsələnin araşdırılıb, sabah (yəni bu gün) məlumat verəcəklərini bildiridilər.




Geri qayıt