Əsas Səhifə > Sosial, Manşet > Məmurlar Göyçayda Şəhid qardaşını BOĞAZA YIĞIB...

Məmurlar Göyçayda Şəhid qardaşını BOĞAZA YIĞIB...


25-02-2023, 10:50
Məmurlar Göyçayda Şəhid qardaşını BOĞAZA YIĞIB...
DİA.AZ: - Göyçay sakini şəhid Qorxmaz Rəhimovun qardaşı Elnur Rəhimli video müraciət edərək vətəndaşlıqdan imtina etmək istədiyini bildirir. DİA.AZ bildirir ki, o, rayonda olan məmur özbaşınalıqlarını, müraciətlərinə baxılmamasını, ailəsinin yeganə qazanc mənbəyi olan köşkünün Göyçay Rayon İcra Hakimiyyəti Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin sökmək istəməsini səbəb olaraq göstərir.

Qeyd edək ki, o, bu gün, 25 fevral 2023-cü il tarixdə yaşadığı Göyçay rayonundan piyada paytaxt Bakı şəhərinə yola düşüb.

Mənzil başına yetişən kimi xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edəcəyini də deyir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq....

Geri qayıt