Əsas Səhifə > Sosial, Manşet > Qayıbov tamahının qurbanı olur?

Qayıbov tamahının qurbanı olur?


24-02-2023, 10:23
Qayıbov tamahının qurbanı olur?
DİA.AZ: - Bir neçə gün əvvəl maraqlı formada açıqlama verərək nədən bığ saxlamadığını cəmiyyətə tam təfsilatı ilə izah edən Azərbaycanın Gənclər və İdman Naziri Fərid Qayıbov eyni zamanda günlərin birində nazir olacağaını ağlına belə gətirmədiyini də səmimi şəkildə etiraf etmişdi. Əslində, bu kimi açıqlamalar yerində olmayan adamın bilmədən də hansı durumda olduğunun açıq ifadəsi kimi də qəbul olunmalıdır.

DİA.AZ bildirir ki, cənab Qayıbovun yerində olmadığını deyəsən, "yuxarılar" da yaxşı bilirlər. Hər halda bir neçə gün əvvəl belə bir xəbər yayıldı ki, artıq Fərid Qayıbovun yerinə hətta deputatlardan birinin gətirilməsi də düşünülür və bu addım yaxın günlərdə atıla bilər:

İDDİA: Fərid Qaybıov ETİMADI DOĞRULTMAYIB... - Onun yerinə deputatı gətirirlər...

Təbii ki, nazir postunə gəldiyindən barəsində səslənən iddialardan yox, havadan-sudan danışmağı sevən Qayıbov bu məsələ ilə bağlı da susdu. Əvəzində isə etiraza qalxan işçiləri susmadı və bəlli oldu ki, artıq 4 aya yaxındır GİN-də maaşların verilməsi yubadılır və narazılıq edən nazirlik əməkdaşlarına yalnızca "səbirli olun" formasında təskinlik verilir.

Nazirlik işçiləri mətbuata açıqlamalarında qeyd edirdilər: “Artıq 3-4 aydır pulumuzu vermirlər. Nə edəcəyimizi bilmirik. Rəhbərliyə şikayət edirik, deyirlər, səbirli olun, veriləcək. Amma ortada heç nə yoxdur. Nə zamana kimi gözləyək?! Misal var, toxun acdan xəbəri olmaz. Rəhbərliyin də bizdən xəbəri yoxdur. Necə yaşadığəımız, nə ilə dolandığımız barədə düşünmürlər”.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Fərid Qayıbovla bağlı durum yetərincə gərgindir. Mənbə iddia edir ki, həqiqətən də yaxın günlərdə konkret qərar açıqlana bilər: "Brada təkcə məsələ Qayıbovun yarıtmaz kadr olmasından irəli gəlmir. Eyni zamanda söhbət yeyintidən gedir ki, bunu da "yuxarılar" kiməsə bağışlamır..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt