Əsas Səhifə > Sosial, Manşet > Daha bir Qazimiz əlilliyini sübut edə bilmir...

Daha bir Qazimiz əlilliyini sübut edə bilmir...


30-01-2023, 10:54
Daha bir Qazimiz əlilliyini sübut edə bilmir...
DİA.AZ: - "Qarabağ Qazisiyəm Əlilliklə bağlı Şikayətim var". DİA.AZ bildirir ki, bu barədə 44 günlük Vətən Savaşının iştirakçısı olmuş Ömər Camalov adlı Qarabağ Qazisi bildirir.

Üzləşdiyi haqsızlıqdan cana doyduğunu qeyd edən Qazimiz daha sonra yazır: "Anlayışı olanlar varsa, bu xidmətlə bağlı əvvəlcə qanunlara baxsınlar: 2022-ci il 1 iyul tarixli yeni meyarlar yarandı... ona uyğun olaraq 2022-ci il dekabr ayının 28-i Forma 88 alt sistemə ötürülüb... DSTERA Əyani komissiyam da həyata keçirildi.

Nəyi gözləyirlər? Bu sistem niyə əlilliyimi qiymətləndirmir?

Qanuna görə, 10 gündən gec olmayaraq müddət niyə 1 aya gəlib çıxır???"

Məsələ diqqətimizdədir. Gileylə bağlı dia.az olaraq bütün əlaqədar qurumları dinləməyə hazırıq...

Geri qayıt