Əsas Səhifə > Sosial, Manşet > Evləri plana düşən SAKİNLƏR ETİRAZA QALXDI...

Evləri plana düşən SAKİNLƏR ETİRAZA QALXDI...


13-01-2023, 10:04
Evləri plana düşən SAKİNLƏR ETİRAZA QALXDI...
DİA.AZ: - "Salam, hörmətli Dia.az redaksiyası! Sizə Nərimanov rayonu Mayakovski 15 ünvanının sakinləri adından müraciət edirik ki, bizim problemimizi işıqlandırasınız". DİA.AZ bildirir ki, bu barədə sözügedən ünvanda yaşayan narazı vətəndaçşların müraciətində deyilir.

Müraciət müəllifləri daha sonra qeyd edirlər: "Nərimanov RHİ rəsmiləri bizim - 61 ailənin yaşadığı binanın qəzalı olduğunu və bizə birdəfəlik olaraq hər kvadrata görə 2 min manat pul təklif olunur.

Ərazidə bu qiymətə mənzil yoxdur və digər ərazirlərdəki kimi yerində tikiləcək binada evlə təmin olunmağımızı tələb edirik.

Digər ərazilərdə 20% əlavə sahə və kirayə haqqı ilə təmin olunur sakinlər.

Biz isə, 61 ailə, 200-ə yaxın sakin... sədəcə olaraq yerində mənzillə təmin olunmağımızı istəyirik".

Evləri plana düşən SAKİNLƏR ETİRAZA QALXDI...

Məsələ diqqətimizdədir. Sakinlərin iddiası ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt