Əsas Səhifə > Sosial, Manşet > Vasif Talıbovun daha bir ŞÜBHƏLİ KADRI...

Vasif Talıbovun daha bir ŞÜBHƏLİ KADRI...


13-12-2022, 11:01
Vasif Talıbovun daha bir ŞÜBHƏLİ KADRI...
DİA.AZ: - Naxçıvanda baş verən hadisələr fonunda MR Ali Məclisinin sədri Vasif Talıbovun qıraqda-bucaqdakı heyəti də diqqət mərkəzinə gəlməkdədir. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar paylaşılır, Vasif Talıbovun kimlərin üzərindən rəsmi Bakıya təzyiqlər edə biləcəyi və yaxud da problem yarada biləcəyi ehtimalları irəli sürülür.

Bu yöndə kifayət qədər populyar olan tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz maraqlı bir məqama nəzrləri yönəldib. DİA.AZ bildirir ki, Azərbaycanın İrandakı səfiri postunu tutan Əli Əlizadə ilə bağlı yönləndirilən məqam da kifayət qədər əsaslı görünür.

Vasif Talıbovun daha bir ŞÜBHƏLİ KADRI...

"Tanış olun: Vasif "xan" diplomatiyasının nümayəndələrindən biri - İrandakı səfirmiz Əli Əlizadə..." deyə yazan Heydər Oğuz fikrini belə davam edir:

"Wikipedia-ya nəzər saldım, Əli Əlizadə müəllim də, Maşallah, Maşallah, göz dəyməsin, tfu, tfu, hündürlüyə hoppanma ustasıdır. Yəni çəyirtkə-diplomat..."

Vasif Talıbovun daha bir ŞÜBHƏLİ KADRI...

Biz də həmkarımızın sözü ilə dia.az olaraq Wikipedia-ya göz atdıq və deyilənlərin həqiqət olduğunu gördük. Siz də şahidi olun:

***

Əlizadə Əli Fikrət oğlu (21 iyun 1978, Naxçıvan) — Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2016–2021), İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının keçmiş baş konsulu (2010–2016).

Əli Əlizadə 21 iyun 1978-ci ildə anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib. 2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb. 2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.

2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib. Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub.

5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində isə geri çağrılmışdır.

Əli Əlizadə 7 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.

İngilis, rus, türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

***

Hər halda, bu tərcümeyi-halda "çəritkə yüksəlişi" aydın şəkildə nəzərə çarpır... Odur ki, şübhələnməyinə dəyər...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt