Əsas Səhifə > Sosial, Manşet > Fars-molla rejimindən Bakıya ittihamlar

Fars-molla rejimindən Bakıya ittihamlar


2-01-2014, 15:35
Fars-molla rejimindən Bakıya ittihamlar
DİA.AZ: - Fars-molla rejimindən Azərbaycana qarşı daha bir ittiham irəli sürülüb. DİA.AZ bildirir ki, bu barədə «arannyus» portalı məlumat yayıb. Portalda yer alan xəbərdən belə iddia olunur ki, guya Azərbaycanın hüquq-mühafizə orqanları Bakıda yaxalanan və casusluq, narkotik maddə saxlama ittihamı ilə mühakimə olunan İran vətəndaşı Bəhrəm Feyziyə təzyiqlər edilib. Yəni İran tərəfi iddia edir ki, əslində öz cinayət əməlini etiraf edən Bəhram Feziyə müstəntiqlər tərəfindən təzyiq olunub.

Təbii ki, belə bir ittihamın səsləndirilməsi absurddur. Ən azından ona görə ki, onun özü hətta məhkəmə istintaqı zamanı belə ciddi etiraflarda bulunub və əgər ona hər hansı təzyiqlər edilmiş olsaydı, o zaman məhkəmə istintaqı dövründə bu barədə danışardı.
Bildirək ki, “Sepah” və “Hizbullah”dan sifariş alan İran vətəndaşı Bəhrəm Feyzinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq hərəkətləri həyata keçirilib. B.Feyzi ifadəsində bildirib ki, 2003-cü ildə İranın Miyanə İqtisad Universitetini mühasibatlıq ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra 2006-cı ilədək İranın Culfa şəhərində ticarətlə məşğul olub. 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamağa başlayıb, sonra Keşlə bazarında bir ka-fe icarəyə götürüb. 2007-ci ildə Astara rayon sakini Aysel Hüseynova ilə ailə həyatı qurub və 2009- cu ildə onlar rəsmi nikah bağlayıblar.

B.Feyzi qeyd edib ki, 2010-cu ildə atası Həsən vəfat etdiyi üçün İranın Culfa şəhərinə gedib: "İrana keçən kimi məni sərhəddə İran xüsusi xidmət orqanı olan “ETTELAAT” əməkdaşları saxladı. Onlar Azərbaycan ərazisində çox yaşadığım üçün mənimlə maraqlandılar. Amma “Sepah”da işləyən və pol-kovnik rütbəsində olan dayım Mirmehdi Haşimi atamın yasına gəldiyimi deyərək buraxılmağımı xahiş etdi. “ETTELAAT”dan qorxduğum üçün üç gündən sonra İranı tərk etdim”.

B.Feyzi ifadəsində bildirib ki, 2003-cü ildə İranın Miyanə İqtisad Universitetini mühasibatlıq ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra 2006-cı ilədək İranın Culfa şəhərində ticarətlə məşğul olub. 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamağa başlayıb, sonra Keşlə bazarında bir ka-fe icarəyə götürüb. 2007- ci ildə Astara rayon sakini Aysel Hüseynova ilə ailə həyatı qurub və 2009- cu ildə onlar rəsmi nikah bağlayıblar.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə atası Həsən vəfat etdiyi üçün İranın Culfa şəhərinə gedib: “İrana keçən kimi məni sərhəddə İran xüsusi xidmət orqanı olan “ETTELAAT” əməkdaşları saxladı. Onlar Azərbaycan ərazisində çox yaşadığım üçün mənimlə maraqlandılar. Amma “Sepah”-da işləyən və polkovnik rütbəsində olan dayım Mirmehdi Haşimi atamın yasına gəldiyimi deyərək buraxılmağımı xahiş etdi. “ETTELAAT”dan qorxduğum üçün üç gündən sonra İranı tərk etdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2012-ci il oktyabrın 5-də yenidən İrana gedib. Orada “ETTELAAT”a Məşədi və Hacı ilə görüşmək istədiyini bildirib: “Təxminən bir saat sonra Hacı ilə Məşədi gəldi. Məşədi Yusifə gördüyüm işlər barədə danışdım. Dindarlar arasında İsrail əleyhinə təbliğat apardığımı, yəhudilərin Azərbaycandan qovulmalarının zəruriliyini dedim. Eyni zamanda İsrail səfirliyini müşahidə etdiyimi, səfirlik qarşısında heç bir güclü mühafizə və başqa şəxslər görmədiyimi bildirdim. Səfirliyə gedən yolları izah etdim. Məşədi Yusif İsrail səfirliyinin harada yerləşdiyini yaxşı bildiyini dedi. O, İsrail səfirliyinə terror planının vaxtı dəqiqləşən kimi mənə xəbər verəcəyini bildirdi”.

Bəhram Feyzi Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilib.

Bildirək ki, İranın Xüsusi Xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları B.Feyzini 2013-cü il martın 29-da həbs ediblər.

DİA.AZ bildirir ki, hər halda bu faktların özü belə qəfil şəkildə Bəhrəm Feyzinin müdafiəsinə qalxan İran tərəfinin iddialarının gülünclüyünü ortaya çıxarır. “Arannyus” protalında yer alan həmin iddianı olduğu kimi diqqətinizə təqdim edirik:

«Azərbaycan respublikası bir İran vətəndaşını əsassız ittihamlarla elə bir şəraitdə həbs və psixi təzyiqlər altında etirafa məcbur edir ki, onun özü hələ də günahsız olduğunu vurğulayır.

İran vətəndaşı Bəhram Feyzi bir neçə ay öncə casusluq və narkotik daşıma kimi əsassız ittihamlarla Bakıda həbs edildi və qapalı mühakimə edilərək 15 il azadlıqdan məhrum edildi.

Azərbaycan mediaları xəbər veriblər ki, Feyzi ona qarşı ittihamlara etiraf edib, halbuki Bəhram Feyzi ona qarşı çıxarılan hökmə etiraz edərək hələ də günahsız olduğunu vurğulayır.

Bəhram Feyzinin yaxınlarından biri bu barə də deyib ki, o kəskin ruhi və fiziki təzyiqlər altında qabaqcadan Azərbaycan məmurları tərəfindən tənzimlənmiş yazılı etirafı imzalamaq məcburiyyətində qalıb. Müstəntiqlər onu, ailəsinə ziyan yetirəcəkləri ilə hədələyiblər.

Bu İran vətəndaşı mühakimə olduğu müddətdə vəkildən məhrum edilib və bir dəfə də ruhi və fiziki təzyiqlər üzündən özünə qəsdə təşəbbüs göstərmişdir.

Bu mövzunun mediada təkrar gündəmə gətirilməsinə və bu İran vətəndaşının vəziyyətinin qaranlıq qalmasına baxmayaraq indiyədək Azərbaycan Respublikası hökumətindən bu barədə hər hansı rəsmi açıqlama olmayıb».

Geri qayıt