Əsas Səhifə > Sosial, Manşet > Anar Hüseynov həbs olunsa, KTN SİLKƏLƏNƏCƏK...

Anar Hüseynov həbs olunsa, KTN SİLKƏLƏNƏCƏK...


27-10-2022, 09:46
Anar Hüseynov həbs olunsa, KTN SİLKƏLƏNƏCƏK...
DİA.AZ: Hələ keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə DİA.AZ-a daxil olan bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gizlətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

Sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib. Məlumatı DİA.AZ-a təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır: "Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bununla bağlı danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir".

Bunun ardından isə artıq Anar Hüseynovun adamlarının həbsinə start verildiyi sydın oldu. Məlumata görə, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin məzdindədir...

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Anar Hüseynovla bağlı "yuxarılar" yekun qərarı verməyə tələsmir: "Çünki onun həbsi adi həbs ola bilməz, Anar Hüseynov KTN-də oturub BÜDCƏNİ TALAYAN bir şəbəkənin "əsas halqa"larından biridir.Anar Hüseynov gedəcəksə, həbs olunacaqsa, onunla bərbaər KTN-nin neçə-neçə iri başları kötük üstünə qoyulmalı olacaq. Bu, isə konkret siyasi qərar tələb edir və hələlik Anar Hüseynovun şansı onda gətirir ki, belə bir siyasi qərar hazırda mövcud deyil. Amma sabah da olmayacaqmı? Bax, bunu kimsə biılmir..."

Mənbə iddia edir ki, artıq bəlli dairələr Anar Hüseynovla bağlı yeyinti faktlarını gərəkən şəkildə analiz etməkdədir: "Bunun nəticələri qısa zamanda ortaya çıxa bilər... Hələlik, gözləyək..."

Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar şəxs və qurumları dinləməyə hazırıq.


ANONS: növbəti yazıda Anar Hüseynovla onun əsas yeyinti ortaqlarından olan Fəda Abbasovun yeni korrupsiya əməlləri ilə bağlı ilginc materialları təqdim edəcəyik... Bizi izləyin...
Geri qayıt