Əsas Səhifə > Sosial, Manşet > Səfər Mehdiyev ölkədən çıxa bilmir...

Səfər Mehdiyev ölkədən çıxa bilmir...


30-08-2022, 08:40
Səfər Mehdiyev ölkədən çıxa bilmir...
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin səhhətində problem yarandığı, onun Bakıdakı klinikaların birində müalicəyə götürüldüyü iddia olundu. Bir neçə gün əvvəl baş verən bu proseslə bağlı DİA.AZ-a maraqlı informasiya daxil olub.

Mötəbər mənbə iddia edir ki, Səfər Mehdiyev əslində sapsağlamdır: "Lap turp kimidir. Səhhətində də heç bir problem yoxdur. Sadəcə olaraq, keçmiş sədr ölkədən çıxmaq və özü də birdəfəlik çıxmaq fikrinə düşdüyündən, özü haqqında "xəstədir" şaiyələrini yaydırıb, `yuxarıların` onun gedişinə `dobro`sunu almağa çalışır".

Hər halda Səfər Mehdiyev kimi fiqurların vəzifədən çıxan kimi ölkəni tərk edə bilməsi imkansızdır, xüsusən də o halda ki, keçmiş sədrin komandasının az qala yarısı həbsxanada ola-ola...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Geri qayıt