Əsas Səhifə > Sosial, Manşet > "Azəriqaz"ın Saatlıda İLGİNC FIRILDAĞI

"Azəriqaz"ın Saatlıda İLGİNC FIRILDAĞI


1-07-2022, 08:31
"Azəriqaz"ın Saatlıda İLGİNC FIRILDAĞI
DİA.AZ: - "Azəriqaz" İstehsalat Birliyində rəsmən özbaşınalıqdır. Bu barədə DİA.AZ-a qurumdakı mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, konkret olaraq "Azəriqaz" İB-nin Saatlı xidmət sahəsində 15 min abonentin 14 mininin müqaviləsi yoxdur...

Mənbənin dia.az-a söylədikləri: "Bu səbədən cərimə yazılanda 6 ay əvvələ müqavilə ilə yazırlar və özləri də imza atırlar".

Məlumatı verən mənbə bildirir ki, əgər "Azəriqaz" rəhbərliyi tərəfindən yoxlama aparılsa, bu faktları qısa müddətə üzə çıxarmaq olar: "Amma görünür, maraqlarında deyillər..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt