Əsas Səhifə > Sosial, Manşet > Gələn il KİMLƏR GEDƏCƏK?

Gələn il KİMLƏR GEDƏCƏK?


27-12-2021, 10:36
Gələn il KİMLƏR GEDƏCƏK?
DİA.AZ: - "Gələn il total kadr islahatları ili olacaq. Bunun konturlarını bəri başdan hiss etmək olar. Əgər icra hakimiyyətlərinin ümumi ləğvi prosesi yubanarsa, 20-dən artıq icra başçısının yenisi ilə əvəzlənməsinə gediləcək. Bunlar da hamısı deyil". Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə iddia edir ki, eyni zamanda iki nazirin də vəzifəsindən azad edilməsi nəzərdə tutulub.

Məbnənin dia.az-a söylədikləri:

"Kadr islahatları əsasən köhnədən qalan heyəti hədəfləyəcək. Amma yenilərin də arasından çıxdaş edilənlər olacaq. Hansılar ki bu gün də ictimaiyyətdə neqativ fiqurlar kimi xaraketrizə olunurlar".

Qeyd edək ki, bu gün adı daha çox mənfiyə hallananların başında Əmək və Əahlinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və onun komandası gəlir. Hər halda, bu qədər narazılıqığı altındakı yeganə imza Sahil Babayevə məxsus deyil və onunla yanaşı eyni təfəkkürdə olan komandası da əsas məsuliyyət yükünün altındadır.

Mənbə dia.az-a bildirir ki, Prezident İlham Əliyevin səlahiyyətində olan bu məsələ nə qədər sosial sifariş xarakterli olsa da, əsas ali siyasi iradənin qərarı olduğunda qəti fikir deyilə bilməz:

"Amma iqtidar dəhlizlərində dolaşan fikirlərdən belə anlaşıllır ki, Sahil Babayev başqa bir vəzifəyə keçirilə bilərş. Belə bir təcrübə mövcuddur. Məsələn Ramil Quluzadənin timsalında..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...


Geri qayıt