Əsas Səhifə > Sosial, Manşet > "DOST"umuzun ABSURD BÜROKRATİYASI...

"DOST"umuzun ABSURD BÜROKRATİYASI...


30-11-2020, 10:14
"DOST"umuzun ABSURD BÜROKRATİYASI...
DİA.AZ: - "Şikayətim "DOST Agentliyi"ndəndir, 20 oktyabrda bu agentliyə universitetdən aldığım arayışı vermişəm. Məsələ pensiya ilə əlaqədardır. Həmin gün sistemdə bunu həll edə bilmədilər. Məsələyə baxılıb mənə məlumat veriləcəyi deyildi". DİA.AZ bildirir ki, bu barədə Vəli Norsk adlı istifadəçi sosial şəbəkələrdə paylaşım edib.

"DOST"umuzun ABSURD BÜROKRATİYASI...

Daha sonra narazı vətəndaş yazır: "Üstündən 1 aydan çox keçib heç nə demirlər. Halbuki, qanunvericilikdə nəzərdə tutulmuş müddət 15 gündür, ümumiyyətlə gecikmə varsa mənə məlumat verilməli idi bununla bağlı. Yaxınlaşmışam bu gün, məlumat mərkəzində mənə üzrxahlıq etmək yerinə deyir gözləyəcəksiniz. Deyirəm nə zamana kimi? Deyir o bilinmir. Bu bir yana...

Deyirəm gənclər fonduna təhsil xərclərimin qarşılanması ilə əlaqədar valideynlərimi itirmə ilə bağlı arayış verməliyəm. Deyir baban gəlsin. Kart babamın adınadır. O da 1938 təvəllüdlüdür. Evdən çıxmır yola dözə bilmir. Onun yerinə mən sənədləri verirəm də, üstəlik onunla bağlı bir şey deyil ki, valideynlərin ölüm şəhadətnamələri məndədir. Sadəcə bir dənə arayış verəcək. Dirəşib ki olmaz. Yəni dediklərindən belə çıxır ki, babam ora gəlməsə ya da ona bir şey olsa mən sübut edə bilməyəcəm ki, bəs mənim valideynlərim rəhmətə gedib".

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt