Əsas Səhifə > Sosial, Manşet > “Tək qadınam, dərs saatım yoxdur”
“Tək qadınam, dərs saatım yoxdur”18-10-2019, 10:24 |
Bakı Biznes və Kooperasiya Kollecinin ingilis dili müəllimi Kərimova Sevda Davud qızı üzləşdiyi haqsızlıqdan şikayətçidir. 57 yaşlı pedaqoqun redaksiyamıza ünvanladığı məktubu dərc edirik. “Mən 1997-i ildən Bakı Biznes və Kooperasiya Kollecində ingilis dili müəllimi işləyirəm. 2019-cu ilin iyun ayının 28-də Dil və Ədəbiyyat fənn birləşməsinin sədri Babayeva N. mənə bildirdi ki, 2019-2020-ci tədris ili üçün Sizə dərs verilməyəcək. (səbəbsiz) Səbəbini bilmək üçün kollecin direktoru, millət vəkili Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevanın qəbuluna düşə bilmədim. Ona görə Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qəbuluna getdim. O da qəbul etmədi, amma köməkçisi Eldar müəllimlə danışdıqdan sonra mənə bildirdi ki, iyul 1-dən Kollec Universitetin nəzdinə keçiriləcək və biz Sizə dərs yükü verərik. Əlbəttə Fatimə xanım bunu eşidən kimi qəzəbləndi ki, onun sözü keçməyib və dedi ki, ingilis dili müəllimlərini İELTS və TOEFL üzrə imtahan edəcək. Biz ingilis dili müəllimləri ümumi profil üzrə ixtisaslaşmış müəllimlərik. Keçən il bizi imtahan etmişdilər öz profilimiz üzrə və mən öz balımı toplamışdım. Nədənsə hər il ingilis dili müəllimləri imtahan olunur. Avqust ayının 8-dən başlayaraq (biz qanuni məzuniyyətdəydik) ingilis dili müəllimlərini narahat etməyə başladılar ki, ayın sonunda imtahandır. İyulun 8-dən sentyabr ayının 5-ə kimi məzuniyyətdəyik. İmtahan sentyabrın 6-7 keçirildi. Təzyiqim olduğu üçün imtahanda iştirak edə bilmədim. (Əmək qabiliyyəti olmaması vəsiqəsi) Dövlət poliklinikası tərəfindən verilmişdir. Sonra mənim üçün imtahan sentyabr 25 tarixinə keçirildi. İmtahanda iştirak etdim. Fatimə xanım müavini Vaqif m.üəllim mənə dönə-dönə dedi ki, bu imtahan səviyyənin yoxlanılması üçündür. Hamıya dərs veriləcək, sizə də həmçinin. İmtahan dörd mərhələli idi, İELTS və TOEFL üzrə”. Daha sonra S.Kərimova F.Quliyevanın onu vaxtaşırı təhqir etdiyini, haqqını tapdadığını yazır. “Mən hər dəfə onun kabinetinə daxil olanda ancaq ondan rica etmişəm, xahiş etmişəm ki, mənə dərs yükü versin. O isə mənə bildirir ki, özəl kollecdir, özüm bilərəm, kimi işlədərəm, kimi çıxardaram, get kimə istəyirsən, şikayət et”. Şikayətçi bildirir ki, 30 illik stajı var, tək qadındır, başqa yerdən gəliri yoxdur, pensiya almır. “Mən sentyabr ayının maaşını almamışam. Müddətsiz müqavilə ilə 1992-ci ildən işləyirəm. Adım işdə gedə-gedə mənə maaş verilmir. Saat hesabı müəllimə 800 saat dərs yükü verilib, 2 yeni ingilis dili müəlliməsi işə götürülüb, onlara da 800 saat dərs yükü verilib. Mənim isə dərs saatım yoxdur. Xahiş edirəm, mənə köməklik edin, mənə dərs yükü verilsin, - S.Kərimova redaksiyadan və əlaqədar instansiyalardan kömək istəyir. Musavat.com Geri qayıt |