Əsas Səhifə > Sosial, Manşet > Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR
Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR18-09-2019, 10:43 |
FED.az xəbər verir ki, kompensasiya ödənilən vətəndaşdan bank yenə pul istəyir. Belə bir hadisə Ağsu sakinin başına gəlib. Zəka Seyidov bir müddət əvvəl banka olan borcunu ödəyib. Sonradan onun banka ödədiyi artıq pul kompensasiya şəklində geri qaytarılıb. Lakin bir neçə ay keçəndən sonra bankdan vətəndaşa zəng edilib və borcu olduğu bildirilib. Əlində ödənişə dair qəbzlər var.Hətta artıq ödəniş etdiyinə görə kompensiasiya da alıb.Lakin yenə da bank vətəndaşın borclu olduğunu iddia edir. Zəka Seyidov 2015-ci ildə qardaşı ilə birlikdə Dəmir Bankın Ağsu filialindan dollarla kredit götürüb.9 ay krediti 0.78 manat məzənnə ilə ödəyib.Dolların məzənnəsi dəyişdikdən sonra isə bankla razılaşdırılan şərtlərə əsasən 1 manat 45 qəpik məzənnə ilə kredit ödənişini həyata keçirib. Zəka Seyidov deyir ki, bankdan borcunun olmaması ilə bağlı arayış ala bilməyib.Lakin ona bildiriblər ki,hər hanı bir borcu olsa idi onun kompensasiyasından tutulardı. Hüquqşunas Anar Ramazanov isə bildirir ki, vətəndaşın borcu olduğu halda ona kompensasiya verilmir.Bundan əlavə bank vətəndaşa telefon zəngi ilə deyil rəsmi qaydada borc bildirişi təqdim edilməlidir.Bununla yanaşı belə bir vəziyyətdə vətəndaş kredit bürosundan kredit tarixçəsini əldə etməklə yaranan borcun səbəbini öyrənə bilər.Əgər kredit tarixçəsində bu barədə məlumat yoxdursa ,bankın iddiası əsassız hesab edilməlidir. Məsələylə bağlı Maliyyə bazarlarına nəzarət palatasından “Xəzərxəbər”ə bildirdilər ki,vətəndaşın müraciəti əsasında araşdırma aparılacaq və nəticə barədə vətəndaşa bildiriləcək. Geri qayıt |