Əsas Səhifə > Sosial, Manşet > İki başçı yenidən təyinat ala bilər

İki başçı yenidən təyinat ala bilər


18-09-2018, 10:23
İki başçı yenidən təyinat ala bilər
DİA.AZ: - Yenidən bir sıra rayon rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, yaxın günlərdə iki rayonun - Daşkəsən və Lənkəranın icra başçıları vəzifələrindən alınacaq.

Mənbənin dia.az-a söylədikləri:

"Həm Taleh Qaraşovun və həm də Əhəd Abıyevin yenidən təyinatı gözlənilir. Ola bilsin ki, onlar Bakının Səbail rayonuna və Mingəçevir şəhərinə təyinat alsınlar. Hələlik müzakirə gedir".

Xatırladaq ki, hazırda Daşkəsən RİH-ə rəhbərlik edən Əhəd Abıyevin Mingəçevir şəhər icra hakimiyyətinin başçısı postuna iddialı olması barədə əvvəlindən məlumat yaymışdıq. Taleh Qaraşova gəlincə isə, səhhətində müəyyən problemləri olan Lənkəranın şefi neçə müddətdir ki, Bakıya təyinat ala bilməsi üçün qollarını çırmayıb.

Geri qayıt