Əsas Səhifə > Sosial, Manşet > Əhəd Abıyev qollarını çırmayıb

Əhəd Abıyev qollarını çırmayıb


10-09-2018, 11:12
Əhəd Abıyev qollarını çırmayıb
DİA.AZ: - Bir neçə gün əvvəl Niyazi Bayramovun yerinə Mingəçevirə başçı gətiriləcəyi haqda xəbərləri yayılan Daşkəsəni hazrıki rəhbəri, keçmiş deputat Əhəd Abıyevlə bağlı ilginc iddia səslənib.

Belə ki, DİA.AZ-ı məlumatlandıran qaynağın iddialarına görə, Daşkəsən RİH başçısı həqiqiətən də Mingəçevirə göndərilməsi üçün hərəkətə keçib.

Mənbənin dia.az-a söylədikləri: "Konkret olaraq, himayədarına müraciət etdiyi deyilir. Məlumdur ki, Əhəd Abıyev Bəylər Əyyubovun çətiri altındadır. Bəylər müəllim də kifayət qədər təsir imkanları olan bir şəxsdir. Yəni onun Əhəd Abıyevin arzusunun gerçəkləşməsinə dəstək ola biləcəyi inandırıcıdır. Yəni imkanları daxilindədir".

Mənbə dia.az-a açıqlamasında onu da əlavə edib ki, Əhəd Abıyev Mingəçevirə gələ bilməyəcəyi təqdirdə, başqa bir əyalət rayonuna başçı göndərilməsi üçün də şanslarını dənəyir.

Geri qayıt