Əsas Səhifə > Sosial, Manşet > HƏBSİ GÖZLƏNİLİR

HƏBSİ GÖZLƏNİLİR


4-07-2018, 10:36
HƏBSİ GÖZLƏNİLİR
DİA.AZ: - Ölkədə baş verən enerji böhranı ilə əlaqədar cavabdeh nüfuzlu məmurlara qarşı sərt addımlar atılacaq. Bunu DİA.AZ-a hökumətdəki mənbə bildirib.

Mənbə deyir: "Bu dəfə ənənəvi "cəza" müşahidə olunmayacaq. Yəni hansısa qarovulçu, qapıçı yox, birbaşa olaraq cavabdeh şəxs - "Azenerji"nin rəhbəri Etibar Pirverdiyev cavab verməli olacaq. Həbsi belə gözlənilir və bu realdır".

Mənbə dia.az-a məlumatında onu da bildirib ki, hələlik Etibar Pirverdiyevə ilk vəzifə kimi böhranı təcili surətdə aradan qaldırmaq həvalə olunub: "O, bu günə qədər büdcədən ayrılan pulları hansı yöndə xərclədiyini izah etməlidir. Qəzalar olur, amma indi 21-ci əsrdir. Qəzalar zamanı müvafiq önləyici tədbirlər avtomatik olaraq işə düşməli idi. Amma görünür ki, Pirverdiyev gərəkən müasir avadanlıqları almaq əvəzinə SSRİ-dən qalma avadanlıqları kosmetik təmir etməklə, büdcə pullarını mənimsəyib. İndi isə hesab vermək zamanıdır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt