Əsas Səhifə > Sosial, Manşet > Yeni ildə əfv ola bilər

Yeni ildə əfv ola bilər


4-11-2017, 11:22
Yeni ildə əfv ola bilər
“Həmrəylik günü ilə bağlı əfv fərmanının olacağı haqda hələlik məlumatım yoxdur. Ümid edirik ki, ilin sonuna qədər əfv olacaq”.
Azvision.az xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə deyib.
Deputat Cinayət Məcəlləsinin humanistləşdirildiyini və cəzanın yumşadılması ilə bağlı xeyli dəyişikliyin edildiyini diqqətə çatdırıb:
“Məqsəd odur ki, cəzaçəkmə müəssisələrində insanların sayı azalsın. Məlum olduğu kimi, hər il bir və ya iki dəfə əfv fərmanı imzalanır. Buna görə də ilin sonunda böyük bir əfv fərmanının veriləcəyinə ümid edirik”.

Geri qayıt