Əsas Səhifə > Sosial, Manşet > Prezident kimi dostumuz varsa...

Prezident kimi dostumuz varsa...


22-07-2017, 13:05
Prezident kimi dostumuz varsa...
DİA.AZ: - Bu gün Azərbaycan mediasının 142-ci ildönümüdür. Şəxsən mənim isə mətbuata gəlişimin 22-ci ildənümüdür. Yəni mətbuatımızın yaranışından mətbuata gəlişim 120 il gəncdir.

Elə dövlətimiz kimi. Amma dövlətimizin gəncliyinə rəğmən bu gün Azərbaycanda müşahidə olunanlar daha çox müdrikləşmiş, oturuşmuş dövlət mexanizminə xaraketrikdir ki, bunlardan biri də Azərbaycanda dövlətin mətbuata olan diqqətinin formasıdır.

Şəxsən mən bir media nümayənsədi olaraq Azərbaycanda dövlətin mediaya olan diqqətini təqdir edirəm. Çünki həqiqətən də anoloqu mövcud deyil və əslində, dövlət mətbuata ev tikmək borcunda da deyil.

Bunu edirsə, nə gözəl və bu gözəlliyin memarı olan prezidentimiz, çox hörmətli Cənab İlham Əliyevə təşəkkür etməyək... neynəyək...

Təşəkkürlər, Cənab Prezident!

Narazılar da olacaq, narazılıqlar da... Çünki iddialılarla evlərin sayı bərabər deyildi.

Elə bəndəniz də iddialı olmasına rəğmən ev ala bilməyənlərdəndir. Amma dövlətimizin canı sağ olsun. Qalsın bir ötəki səfərə... Nə dünyanın sonu deyil, nə də bu gözəllik ənənəsinin... Bəllidir ki, artıq 3-cü binaın da təməli atıldı. Xeyirli-uğurlu olsun...


***

Mən burada bir məqama da xüsusi diqqət ayırmaq istəyirəm. Deyirlər ki, mənzillər evləri olanlara da verilib. Burada da ayıb nəsə yoxdur... Çünki dövlətin qayğısını hiss etmək hər bir vətəndaşın, bu məsələdə isə hər bir jurnalistin haqqıdır. Və kiminsə sırf tale-qismət səbəblərindən hansısa şəraitə nail olmaması ona əlahiddə imkan yaratmır ki bu kimi olaylarda önə çəkilsin. Yəni verilən mənzillər dövlətin mükafatıdır və dövlət bu mükafatlandırmada heç də irəli sürülən şərtləri əsas götürməyə də bilər. Burada hansısa başqa bir xüsusi məqamı qabağa dartmaq əslində qeyd olunan GÖZƏLLİYƏ xəbisliklə yanaşmaqdan başqa bir nəsnə deyil.


***

Bəli, bu gün bizim peşə bayramımızdır. DİA.AZ adından bütün həmkarlarımızı təbrik edirik. Eyni zamanda bizi təbrik edənlərə də təşəkkür edirik.

Əsas olaraq isə prezidentimizə təşəkkür edirik. Diqqətinə çatdırırıq ki, biz prezidentimiin qayğısından məmənunuq və O, həqiqətən də BİZİM DOSTUMUZDUR!

Şəxsən mən elə düşünürəm...

Məhəmməd Ərsoy
Dia.az-ın baş redaktoru

Geri qayıt