Əsas Səhifə > Sosial, Manşet > Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində maxinasiyalar

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində maxinasiyalar


17-12-2016, 11:24
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində maxinasiyalar
Azərbaycan Tarif Şurası enerli daşıyıcıların qiymətlərinin qəflətən diferensiallaşdırması günəşli və küləkli bir ölkədə-Azərbaycanda alternativ enerji mənbələrinin tapılması, bu enerjidən yararlanmağımızı bir daha aktuallaşdırdı... Bütün dünya yaxın gələcəkdə neft ehtiyatlarının tükənəcəyini də nəzərə alaraq alternativ enerjiyə önəm verirlər. Azərbaycanda isə...

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nə üçün yaradılıb?

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin sərəncamda deyilir: "1.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri (bundan sonra - ABOEM) üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır".
Bəs ötən müddətdə Agentliyin diraektoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənmələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə olunub?
"Təzadlar" redaksiyaya daxil olmuş bu məzmunlu sorğu ilə bağlı araşdırma aparıb. Məlum olur ki, Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli və üz qızardan iş yoxdur? Niyə? Bu suala aşağıdakı araşdırma yazısında cavab tapa biləcəksiniz...

Hesablama Palatası Agentlikdə ciddi maliyyə pozuntularını aşkarladı və...

Hesablama Palatasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) həyata keçirdiyi audit yoxlamasının nətcələrini Milli Məclisə göndərib. Demək, yoxlama zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb.
Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , “Azalternativenerji” MMC-də həyata keçirilib. Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib. Vəziyyəti qısa xülasə etsək, Agentliyin rəhbərliyi Müşahidə Şurası və Elmi metodiki Mərkəz yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib.
2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər görülməyib. Hesablama Palatası 7 dekabr 2001-ci ildə yaradılıb. Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir. “İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir.
(Davamı var)
"Təzadlar"

Geri qayıt