Əsas Səhifə > Sosial, Manşet > Füzuli Əsədov pambıq yanğınına qurban gedir

Füzuli Əsədov pambıq yanğınına qurban gedir


12-12-2016, 08:41
Füzuli Əsədov pambıq yanğınına qurban gedir
Məlum olduğu kimi, bir neçə gün əvvəl Goranboy rayonunda pambıq qəbulu məntəqəsində yanğın olub. Məntəqədə yığılan və hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.

Bununla bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin PA rəhbərliyinin və hökumətin ciddi qəzəbinə gəldiyi və vəzifəsi ilə vidalalaşacağına dair xəbər vermişdik. Belə ki, ölkə başçısının və hökumətin əsa prioritetlərindən olan pambıqçılığın inkişafı əsas vəzifə kimi qarşıya qoyulduğu halda Nizaməddin Quliyev kimilərinin səhlənkarlığı yüzlərlə insanın əməyini yerə vurmuş oldu.

Bu olayla bağlı daha bir maraqlı məlumat daxil olub.Mənbənin sözlərinə görə, 1200 ton pambığın yanması ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərovu da qəzəbləndirib. Buna əsas səbəb isə yanğın zamanı FHN-nin Dövlət Yanğından Mühafızə Xidməti əməkdaşlarının hadisə yerinə gecikməsi və alovu qısa zamanda ram edə bilməməsi olub. Buna görə də nazirliyin Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov nazirin ciddi qınağına tuş gəlib. Sərt şəkildə tənqidlərə məruz qalan Füzuli Əsədovun yaxın günlərdə işini itirəcəyi də qeyd olunur.
Qeyd edək ki, Füzuli Əsədov ölkənin kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.(Gununsesi.info)

Geri qayıt