Əsas Səhifə > Sosial, Manşet > Ağstafada həyəcanlı pulyığma kampaniyası...

Ağstafada həyəcanlı pulyığma kampaniyası...


30-08-2016, 09:32
Ağstafada həyəcanlı pulyığma kampaniyası...
Son illər Ağstafa təhsilindəki neqativ hallarla bağlı KİV-də saysız-hesabsz yazılar dərc edilib. Ancaq buna baxmayaraq, Ağstafa təhsilində qayda-qanun yaradan tapılmır ki,tapılmır. Əksinə, mütəmadi olaraq yeni-yeni utancverici məlumatlara rəvac verilir.Ağstafa Rayon İcra Hakimiyyəti yetkililərinin rayon təhsilinə dolanışıq kimi baxması,muxtəlif təyinatları bəhanə bilib kənd orta məktəblərində pul yığdırmaları orta məktəblərdə çalışan müəllimləri lap boğaza yığıb.

Faktinfo.az saytına yazan şəxsin narahatlıgını nəzərə alsaq demək yerinə düşər ki, son günlərdə rayon məktəblərində əməlli-başlı gərginlik hökm sürür.

Bu da Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən Ağstafada bir sıra sahələrdə, o cümlədən təhsil sistemində aparılan yoxlamalarla bağlıdır.

“Faktinfo.az” saytına daxil olan məlumata görə, yoxlamanın gedişi Təhsil şöbəsinin rəhbərliyini çətin duruma salıb. Təhsil şöbəsinin rəhbərliyi yaranmış vəziyyətdən çıxmaq üçün maraqlı üsula əl atıb. Belə ki, maliyyə müfəttişlərini razı “yola salmaq” üçün məktəb direktorlarına göstəriş verilib ki, bütün müəllimlərin hər birindən 50 manatdan yığılsın.Rayon icra hakimiyyətindən verilən bu gostərişdən suii istifadə edilməsi də mümkün variant kimi qeyd olunur.Bunlar isə artıq haqlı narazılığa səbəb olur, müəllimlər arasında ciddi söz-söhbətə səbəb olur. Xüsusilə Dağ Kəsəmən, Qıraq Kəsəmən, Zəlimxan, Böyük Poylu, Kiçik Poylu kəndlərində daha çox narazılıq yaranıb. Bu da həmin kəndlərdə iqtisadi durumun daha ağır olması ilə əlaqələndirilir. Ancaq Təhsil şöbəsinin rəhbərliyi heç kəsə güzəştə getmək fikrində deyil. Belə ki, pul vermək istəməyən müəllimlər kənd orta məktəb direktorları tərəfindən təhdid edilir,onlara bildirilir ki ,gələcəkdə dərs prosesi zamanı ən xırda nöqsanlar belə onlara bağışlanmayacaq.

Yeri gəlmişkən, qeyd edək ki, dərs ilinin sonunda attestata görə hər bir şagirddən 20 manat yığılması, bundan başqa rayondakı tikiş sexində ucuz parçadan tikilən keyfiyyətsiz məktəbli formalarının 50 manata satılması da əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Halbuki Bakı Tikiş Evinin kifayət qədər keyfiyyətli olan məktəbli formaları paytaxtda 36 manata satılır.

Çoxlu sayda ailələr var ki, 3-4 uşağı məktəbə gedir. Gündəlik tələbat mallarını almağa çətinlik çəkən bu cür ailələr “ağ” qiymətinə həmin formaları necə alsınlar?

Rayonun səlahiyyət sahibləri, Təhsil şöbəsinin rəhbərliyi bu cür özbaşınalıqlara yol verməklə geniş kütlə arasında ölkə rəhbərliyinin hakimiyyətə qarşı bir inamsızlıq, küskünlük yaratmırmı?!Hər halda düşünməyə dəyər…Çünki son aylar Ağstafada əhalinin narazı qaldığı səbəblərdən başlıcası təkcə təhsil sistemi deyil.Bu sıralamaya torpaqlarına dair boru kəmərlərinin keçdiyi ərazilərdə ödənilən kompensasiyaları,ünvanlı sosial yardımların verilməsindəki özbaşnalıqları ,maye qazın verilməsində olan səbəbsiz dayanmaları,internetin lazımı şəkildə verilməməsini də aid etmək olar.Ardı var…

Geri qayıt