Əsas Səhifə > Sosial, Manşet > Baş gömrükçü postu uğrunda çəkişmə...

Baş gömrükçü postu uğrunda çəkişmə...


28-07-2016, 09:54
Baş gömrükçü postu uğrunda çəkişmə...
DİA.AZ: - Dövlət Gömrük Komitəsində (DGK) nüfuz savaşı özünün ən pik həddinə çatıb. Bu barədə DİA.AZ-a komitədəki mənbələr informasiya sızdırıblar. Məlumatda bildirilir ki, komitə sədri Aydın Əliyevin yaxın vaxtlarda görəvdən alınacağı xəbərini eşidən müavinləri onun postuna keçə bilmək üçün gizli mübarizəyə start veriblər. Mənbənin bildirdiyinə görə, hazırda komitənin iki generalı- Rza Həsənəliyev və Nazim Məmmədovun münasibətləri həddən artıq soyuqdur.

Qeyd edək ki, Aydın Əliyev hələ bir neçə ay əvvəlindən işindən alınmalı idi. Amma sonradan müəmmalı səbəblərdən yerində saxlanıldı. İndi isə artıq DGK şefi postunda dəyişikliklə bağlı "yuxarıların" yekun qərar verdiyi söylənilir.

Bu gün Aydın Əliyevin postu uğrunda çəkişənlərə gəlincə isə DİA.AZ-a verilən məlumatlarda deyilir ki, Rza Həsənəliyev və Nazim Məmmədovun münasibətləri hələ bir neçə il əvvəl pisləşib. Buna səbəb isə hər iki generalın öz adamlarını müxtəlif vəzifələrə yerləşdirmək istəmələri olub. Deyilənə görə, Nazim Məmmədovla müqayisədə Rza Həsənəliyevin DGK-da nüfuzu böyükdür və onun arxasında yüksək rütbəli məmurlardan birinin dayandığı iddia edilir: «Aydın Əliyevin müavinləri arasındə ən sirli fiqur məhz bu şəxsdir. O bir çox işlərini heç kimə hiss etdirmədən, gizlin şəkildə həyata keçirir. Bildiyiniz kimi, son bir neçə aydır ki, mətbuatda komitə rəhbəri ilə bağlı silsilə yazılar gedir. Ehtimallara görə, bu işi Rza müəllim təşkil edib. Belə ki, o sədrin postunu laxlatmaqla onun kürsüsünə əyləşmək istəyir.

Hətta Həsənəliyev bu günlərdə özünə yaxın şəxslərdən birinə «Komitənin sədri olmağıma az qalıb» deməklə sədrlik iddiasını aşkar şəkildə ortalığa qoyub». Başqa bir məlumatda isə bildirilir ki, Rza Həsənəliyev Aydın Əliyevin kürsüsünə gedən yoldakı əksər maneələri aradan qaldırmağı artıq bacarıb. Bu isə o deməkdir ki, komitənin hazırkı sədri işdən xaric ediləcəyi təqdirdə onun yerinə adıçəkilən general təyin oluna bilər.

Geri qayıt