Əsas Səhifə > Sosial, Manşet > Qərib Məmmədov hədəfdədir

Qərib Məmmədov hədəfdədir


13-07-2016, 09:22
Qərib Məmmədov hədəfdədir
DİA.AZ: - Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov həbs təhlükəsi ilə üz-üzədir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib.

Xəbərə görə, bir neçə gün əvvəl prezidentin nazirlərin toplantısında təsərrüfat əhəmiyyətli torpaqların ayrı-ayrı məmurlar arasında bölüşdürülməsilə bağlı səsləndirdiyi faktlar üzərə müvafiq dövlət qurumları hərəkətə keçiblər ki, bu da sabiq komitə sədrinə ciddi başağrısı yarada bilər.

Mənbənin dia.az-a söylədikləri: "Hər halda görülən tədbirlər təkcə torpaqların dövlətə - kəndliyə qaytarılması ilə yekunlaşmayacaq. Həmçinin bu qanunsuzluğa imza atmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş rəhbərliyi də qanun qarşısında cavab verməli olacaq".

Mənbə iddia edir ki, bu zaman həbslər belə mümkündür.

Geri qayıt