Əsas Səhifə > Sosial, Manşet > Nuşirəvan Səfərovun daha bir özbaşınalığı:

Nuşirəvan Səfərovun daha bir özbaşınalığı:

16-06-2016, 09:46
Nuşirəvan Səfərovun daha bir özbaşınalığı:
Bakı şəhər Baş Dövlət Yol Polisi Idarəsi Naftalan Sağlamlıq Mərkəzinin ərazisini zəbt edib.
Mərkəzin rəhbəri Hikmət İbrahimov AzToday.az-a açıqlamasında bildirib ki, Sağlamlıq Mərkəzi ilə baş idarənin inzibati ərazisinin arasında olan boş torpaq sahəsini 2006-ci ildən 99 illik müqavilə əsasında icarəyə götürüb. Səbail bələdiyyəsi tərəfindən sağlamlıq mərkəzinə verilən təxminən 1 hektar əraziyə görə, onlar hər il müəyyən məbləğdə pul ödənilib. Sahibkarın sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən həmin əraziyə texnika yeridilib, və avtodayanacaq yaradılması üçün hamarlama işlərinə başlanılıb. Hətta kompleksin əməkdaşları tərəfindən əkilən onlarla ağac torpaq qatının altında qalıb. Baş İdarəyə müraciyət etdiyini deyən mərkəzin rəhbəri, onlardan sənəd də tələb edib. Amma işlərin aparılması üçün idarə rəhbərliyi Hikmət İbrahimova heç bir rəsmi sənəd təqdim etməyib. Bundan əlavə həmin ərazidən həm yeraltı həm də yerüstü yüksək gərginliklik elektirik xəttləri keçir. Bu isə həmin ərazinin təhlükəlilik riskini daha da artırır.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində həmin ərazi ilə bağlı yalnız Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Baş İdarəsinin verdiyi rəyi var. Bundan başqa əllərində heç bir sənəd yoxdur.
Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsinin tikinti apardığı ərazinin gələcək aqibəti hüquqi müstəvidə öz həllini tapmalı olacaq. Artıq Naftalan Sağlamlıq Mərkəzi məhkəməyə müraciət edib. İyun ayının 21-də Bakı İqtisad Məhkəməsində Hikmət İbrahimovun iddiasına baxılacaq.
Baş verənlər bir daha məmurların iş adamlarna gerçək münasibətini ortaya qoyur. Göründüyü kimi BŞBDYPİ-nin rəisi Nuşirəvan Səfərov 1 hektar ərazini sahibkarın əlindən almaq üçün hər cür özbaşınalığa əl atır. İnanmaq istəyərdik ki, məhkəmə bu prosesə obyektiv baxacaq və iş adamının pozulmuş hüquqları bərpa ediləcək.

Geri qayıt