Əsas Səhifə > Sosial, Manşet > Dünən Səfər Əbiyevə, bu gün isə Şahin Məmmədova arxalanan polkovnik…

Dünən Səfər Əbiyevə, bu gün isə Şahin Məmmədova arxalanan polkovnik…


12-05-2016, 08:56
Dünən Səfər Əbiyevə, bu gün isə Şahin Məmmədova arxalanan polkovnik…
1919-cu ilin avqustunda əsası qoyulan Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazasının müəyən olunması ölkəmizin müstəqillik əldə etdiyi dövrlərə təsadüf edir. Belə ki, parlamentin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında» Qanuna əsasən Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi müəyyən edilib. Bununla da keçmiş sovet imperiyası tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə ölkəmiz öz ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25 faiz hərbi gəmilərinə sahib oldu. Beləliklə, 26 iyul 1992-ci il tarixdə «Bakılı» gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının qaldırıldığını və ölkəmizin öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladığını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərdə deyilir ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi, polkovnik Sübhan Bəkirovun fəaliyyətində ciddi nöqsanlar, hətta kobud neqativ hallar müşahidə olunmaqdadır: «Deyilənlərə görə, vəzifəsini icra edərkən qanundankənar işlərə imza atan, büdcə vəsaitlərini təyinatdankənar istiqamətlərə sərf edən Sübhan Bəkirov sabiq müdafiə naziri Səfər Əbiyevin ən yaxın adamlarından biri, onun kadrı kimi xarakterizə olunur. Məhz elə bu səbəbdən də o, Səfər Əbiyevin zamanında ordu sıralarında sürətlə irəliləməyə, karyerasında qısa zaman ərzində yüksəlməyə nail olub. Bildirilir ki, sabiq müdafiə naziri onu daim üzləşdiyi çətin durumlardan xilas edib, yol verdiyi nöqsanlara göz yumub, yeni-yeni problemlərin yaranmasına səbəb olan yarıtmaz fəaliyyətini görməzdən gəlib. Təbii ki, Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi Sübhan Bəkirov da öz növbəsində, bunun qarşılığını artıqlaması ilə ödəyib». Mənbə iddia edir ki, Sübhan Bəkirov bu gün də Səfər Əbiyevə sadiqdir və hələ də onunla əlaqələrini davam etdirir. Yeri gəlmişkən onu da nəzərinizə çatdıraq ki, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı admiral Şahin Sultanov həbsdə olarkən Gəmi Təmiri Zavodunun rəisi barəsində olduqca ilginc məlumatlar səsləndirib. Belə ki, ötən illərdə nöqsanlara görə Hərbi Dəniz Qüvvələrindən başqa hərbi hissələrə keçirilmiş zabitlərin Hərbi Prokurorluq tərəfindən mütəxəssis kimi yoxlama komissiyasının tərkibinə daxil edildiyini vurğulayan Şahin Sultanovun bildirdiyinə görə, polkovnik Sübhan Bəkirov da yol verdiyi kobud nöqsanlar səbəbindən bir neçə il öncə Hərbi Dəniz Qüvvələrindən kənarlaşdarılıb: «Şübhəsiz ki, onların yoxlamanı qərəzli aparılmasında marağı var və fürsətdən istifadə edərək qisas almağa çalışdılar. Beləliklə, 5 milyon saxta aktı hazırlayan və 2 milyon uydurma mühərriklərin Dövlət Sərhəd Xidmətinə satışını bəyan edən zabit Bəkirov Sübhan 1999-cu ildə nöqsanlara görə Hərbi Dəniz Qüvvələrindən kənarlaşdırılmışdı. Bir müddət sonra isə Bəkirov başqa hərbi hissəyə keçirilmişdi. O, professor Elçin Xəlilov rəhbərlik etdiyi hərbi hissədə maddi-texniki təminat işlərini aparırdı. Hərbi Prokurorluq həmin hərbi hissəni yoxlayandan sonra maddi-texniki təminatda nöqsanlara görə professoru həbs edirlər, lakin Bəkirov Sübhan Hərbi Dəniz Qüvvələri üzrə yoxlama komissiyasının tərkibinə salınır. Bəkirov bütün nöqsanlara görə birbaşa cavabdeh maddi-məsul şəxs olduğuna baxmayaraq nədənsə «sudan quru çıxır». Bu arada, Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisinin müxtəlif yollarla əldə etdiyi vəsaitlər hesabına paytaxtın müxtəlif ərazilərində özünə bir neçə ticarət obyekti tikdirdiyini, mənzillər aldığını idda edən məlumatlı şəxsin sözlərinə görə, dünənə qədər sabiq müdafiə naziri Səfər Əbiyevin himayəsinə arxalanan Sübhan Bəkirov bu gün Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədovun adından istifadə edir, az qala hər yerdə onunla yaxınlığından danışır: «Deyilənlərə görə, Sübhan Bəkirov məhz Şahin Məmmədovun adından sitifadə etməklə özünü sığortalamağı, mümkün təhlükələri dəf etməyi bacarır…»

Geri qayıt