Əsas Səhifə > Sosial, Manşet > Nazir müavininin qardaşı görəvdən alınır

Nazir müavininin qardaşı görəvdən alınır


23-03-2016, 11:12
Nazir müavininin qardaşı görəvdən alınır
DİA.AZ: - Növbəti kadr islahatlarının hədəflərindən biri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Ayaz Əsgərovu hədəfə şevirən əsas faktor kimi onun barəsində "yuxarılara" davamlı olaraq şikayətlərin ünvanlanması olsa da, burada başçının həmçinin mövqeləri kifayət qədər zəif düşmüş Nəqliyyat Naziri Ziya Məmmədova yaxın fiqur kimi səciyyələndirilməsi də yetərincə əsaslı məqam kimi çıxış etməkdədir.

DİA.AZ xatırladır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun dost-doğma qardaşıdır.

Məlumatlara görə, bayramdan sonra bir neçə icra başçısının də vəzifəsindən azad ediləcəyi gözlənilir ki, onların da sırasında nazir müavininin qardaşının adı ilk sırada gəlməkdədir.

Geri qayıt