Əsas Səhifə > Sosial, Manşet > Daha bir başçı yola salınır

Daha bir başçı yola salınır


7-03-2016, 12:18
Daha bir başçı yola salınır
DİA.AZ: - Daha bir rayonun icra başçısı yola salınır. Bu barədə verilən xəbərlərdə qeyd olunur ki, Raqub Məmmədovun durumu açıq şəkildə məlum olub. Çünki bu günlərdə vaxtıyla Ağdamın Təhsil Şöbəsinin müdiri işləyən, hazırda eyni vəzifəni Kəlbəcərdə icra edən Elmira Şükürova Bakıya çağrılıb və onunla söhbət edilib. Məlumatda deyilir ki, Ağdamın yeni icra başçısının Şükürova olacağı demək olar ki, dəqiqləşib.
Mənbələr dia.az-a açıqlamasında iddia edir ki, Raqub Məmmədovun belə bir siyahıya düşməsinin bir sıra səbəbləri olub. Belə ki, ilk problem Ağdamın icra başçısının idarəetmədə yol verdiyi ciddi nöqsanlar və bunun narazılığa gətirib çıxarmasıdır. Qeyd edilir ki, sonuncu devalivasiya olayından sonra rayonda gözlənilən aksiyanın qarşısını icra başçısı deyil, elə Elmira Şükürova ilə keçmiş icra başçısı Nizami Sadıqov alıblar. Daxil olan bilgilərdə iddia olunur ki, əsasən, xanım Şükürova Ağdama gələrək, ağsaqqallarla görüşərək, onlardan təxribata uymamağı rica edib. Ağsaqqallar da onun sözünü eşidərək, mümkün risqli addımların atılmasına imkan verməyiblər.
Bir digər səbəb isə Raqub Məmmədovun bir müddət əvvəl ləğv edilmiş MTN-in işçisi olması, ən əsası isə Eldar Mahmudov və Akif Çovdarovun bir sıra şərikləriylə indi də münasibətini kəsməməsidir. Məsələn, Mahmudov və Çovdarovun əsas adamları olan “Dəmir”lə əlqaələrin qurulması, onun həbsdə olan oğluna müəyyən yardımların edilməsi rəhbərliyin diqqətindən qaçmayıb.
Mənbə deyir ki, Raqub Məmmədovun yerdəki təyinatlarının da işdən çıxmasına səbəb olmaqdadır. Bununla bağlı vurğulanır ki, icra başçısı Ağdam təhsilinin başına uşaq bağçasının müdirəsi olan Mətanət Misirxanovanıə təyin etməsi hətta Təhsil Nazirliyində belə təəccüblə qarşılanmışdı. Elə bu təəccüblənmələr də yekunda rayon təhsilində “zəlzələ”lərin baş verməsi ilə müşahidə olunmağa başladı. Yəni, Ağdam təhsilinin bazara çevrilməsi artıq giazlədilməyən faktdır.
Belə neqativ işlərin sayı çoxdur və hakimiyyət dairələri bundan sonrakı mərhələdə Raqub Məmmədovla işləməyi məqbul hesab etməyiblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt