Əsas Səhifə > Sosial, Manşet > Daha kimlərin kürsüsü boş qalacaq...

Daha kimlərin kürsüsü boş qalacaq...


5-03-2016, 11:19
Daha kimlərin kürsüsü boş qalacaq...
DİA.AZ: - Məlumdur ki, son günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdirildi. Prosesin davamlı olacağı da anons edilməkdədir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən ötürülən informasiyada qeyd olunur ki, sırada daha 6 rayonun rəhbərinin dəyişdirilməsi nəzərdə tutulur.

Mənbə ilk olaraq Şəki və Ağsu rayon icra hakimiyyəti başçılarının görəvdən alınacağını deyir. "Həm Ağsu RİH başçısı Ənvər Seyidəliyev və həm də Şəki rəhbəri Elxan Usubov birdəfəlik görəvdən alınacaq" deyən mənbə iddia edir ki, amma adları işdən çıxarılacaq məmurlar sırasında olan Daşkəsən, Zərdab və Gədəbəyin icra başçıları başqa rayonlara göndəriləcəklər.

Qaynaq başçısı dəyişəcək 6-cı rayon barədə isə əlavə bilgi verməyib.

Yeni informasiyalarımız olacaq. Bizi izləyin...

Geri qayıt