"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                 

Milli Məclisin qapıları daha bir tanınmışın üzünə bağlana bilər... - Seçki ərəfəsi
Tarix: 12-05-2015, 17:44 | Çap et
Milli Məclisin qapıları daha bir tanınmışın üzünə bağlana bilər...
Hakimiyyət bölgüsünə əsasən qanunverici hakimiyyət Milli Məclisin əlində cəmləşir. Bu isə o deməkdir ki, ölkədə qəbul olunan qərarlar məhz parlamentdə təsdiq olunduqdan sonra tətbiq olunur. Lakin bəzi hallarda Milli Məclis üzvləri özləri qəbul etdiklərin qanunlara zidd hərəkət edirlər. Məsələn, bu gün parlamentdə təmsil olunan şəxslərin bir qismi eyni vaxtda bir neçə vəzifəni icra edir. Hələ bu azmış kimi deputatlar arasında biznes fəaliyyəti ilə məşğul olanlar da var. Halbuki bu, müvafiq qanunvericiliklə qəti şəkildə qadağan olunub.

Araşdırmalar zamanı bəlli olur ki, bu gün Milli Məclisdə təmsil olunan deputatlar arasında rektorlarla yanaşı, iş adamları, biznesmenlər, komitə və hansısa səhmdar cəmiyyətin sədrləri, şirkət təsisiçiləri, klinika sahibləri, zavod direktoru və univermaq rəhbəri var. Halbuki, hansısa bir vəzifə daşıyan şəxslər Milli Məclisə üzv seçildikdən sonra ya mandatı, ya da digərlərini seçməyə borcludurlar. Lakin nədənsə onlar hələ də eyni vaxtda bir neçə vəzifəni icra etməkdə davam edirlər. Misal kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanı göstərmək olar. Məlumat üçün bildirək ki, əslən Qərbi Azərbaycanın Vedi rayonundan olan Gülçöhrə Məmmədova 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. 1975-ci ilin sentyabr ayında isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilib və 1979-cu ilə qədər həmin vəzifədə işləyib. Daha sonra həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında asistent vəzifəsində işə başlayıb. 1987-ci ildə həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilib. 1999-cu ildən indiyədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır. Halbuki Gülçöhrə Məmmədova müvafiq qanunlara görə, millət vəkili seçildikdən sonra adıçəkilən universitetin rektoru vəzifəsindən kənarlaşmalı idi. Lakin indiyədək bunu etməyib. Bu isə bəzi xoşagəlməz söyləntilərə yol açır. Belə çıxır ki, Gülçöhrə Məmmədova rektor kimi üzləşdiyi bir sıra problemləri, qarşısına çıxan əngəlləri məhz deputat mandatının üstünlüklərindən yararlanmaqla dəf edir. Yəni o və onun kimi digər millət vəkilləri "Nə əldən qoyur, nə də yardan doyur" prinsipi ilə çalışırlar…

Nəzərinizə çatdıraq ki, millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov ayrı-ayrı vaxtlarda məhz bu məsələnin geniş şəkildə müzakirə olunmasının, ikili vəzifə daşıyan deputatların vəzifələrindən azad edilmələrinin vacibliyini vurğulayıb. "Onlar ya mandatı təhvil verməlidirlər, ya da ki, vəzifədən getməlidirlər" deyən İlyas İsmayılov hesab edir ki, aidiyyəti qurumlar bununla bağlı lazımi tədbir görməlidir: "Bunu ölkə konstitusiyası, seçki məcəlləsi və qanun tələb edir. Mən məsələni çox aydın şəkildə qoymuşam. Sözügedən deputatlar qeyri-qanuni mandat alıblar". Ədalət Partiyasının sədrinin sözlərindən belə çıxır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın deputat mandatı daşıması qanunaziddir. Odur ki, o və digər həmkarları mandatla vəzifə arasında seçim etməlidir. Qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu mənada növbəti parlamentin həm deputat, həm də məmur vəzifəsi daşıyan insanlardan ibarət olmaması, bu əsasda mandat alanların ikisindən birini seçməsi daha məqsədəuyğun olar…

Qeyd edək ki, artıq bəzi millət vəkilləri, hüquqşünaslar, eləcə də cəmiyyətin sayılıb-seçilən insanları ikili vəzifə daşıyan deputatların məsələsinin ciddi şəkildə müzakirə olunmasının tərəfdarı olduqlarını bəyan edirlər. Məsələn, prosesin qanunvericilik əsasında həyata keçməsini məqbul sayan millət vəkili Asim Mollazadə bildirir ki, Azərbaycan parlamentinin fəaliyyəti tam olaraq ölkənin qanunvericiliyinə uyğun olmalıdır: "Azərbaycan qanunvericiliyi deputatların hansı sahədə işləmək hüququnu müəyyənləşdirirsə, proses buna da tam uyğun şəkildə aparılmalıdır". Hüquqşünas Səməd Vəkilov da öz növbəsində, İlyas İsmayılovun tamamilə haqlı olduğunu qeyd edib: "Əlbəttdə onlar bu vəzifənin birindən istefa verməlidirlər. Rektor elə bir vəzifədir ki, hər gün davamlı olaraq işlə məşğul olmalıdır. Sənədləri imzalamalı, tədris prosesinə rəhbərlik etməlidir. Eyni zamanda, millət vəkili Milli Məclisin gündəlik iclaslarında, komitənin iclaslarında iştirak etməli, qanun yaradıcılığı ilə məşğul olmalıdır. İki iş yerində necə fəaliyyət göstərmək olar? İki vəzifənin eyni zamanda keyfiyyətlə yerinə yetirilməsi mümkün deyil". İxtisasca hüquqşünas olan keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli də hesab edir ki, Milli Məclisin deputatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətində başqa vəzifə tuta bilər: "Həmçinin hər hansı ödənişli və kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Lakin Azərbaycanda bir çox deputatlar var ki, onlar ikili vəzifə tuturlar. Özü də bununla bağlı çox qəribə və gülməli əsaslar gətirirlər. Məsələn, rektorlar deyirlər ki, qanunvericilik onlara bu fəaliyyətlə məşğul olmağa imkan verir. Axı rektorun fəaliyyəti pedaqoji fəaliyyət deyil. Rektor inzibati fəaliyyətlə məşğul olur. Yaxud da şirkət rəhbəri orada ictimai əsaslarla rəhbərlik etmir ki?! Gülməli vəziyyət yaranıb. Qanunvericilik şirkət rəhbərlərinin, rektorların, hər hansı başqa vəzifə tutan şəxslərin deputat fəaliyyəti ilə məşğul olmasına imkan vermir. Müəllimlik edə, elmi işlə və yaradıcı fəaliyyətlə məşğul ola bilərlər. Başqa fəaliyyətlə məşğul olmaq qanuna ziddir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova gördüyünüz kimi, sizin eyni vaxtda iki vəzifədə təmsil olunmağınız ölkə qanunlarına ziddir. Düzdür, əksər ölkələrdə pedaqoji fəaliyyətlə məşğul olan şəxslər adətən eyni halda bir neçə vəzifəni yerinə yetirirlər. Lakin pedaqoji fəaliyyət dedikdə rektorluq nəzərdə tutulmur. Çünki rektorluq pedaqoji yox, birbaşa idarəçiliyə aid olan vəzifədir. Qeyd edək ki, elmi, pedaqoji və yaradıcılıq idarələrində inzibati idarəetmə vəzifələrində çalışmaq öz-özlüyündə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti kimi qiymətləndirilə bilməz və rektorun əmək funksiyaları onun fəaliyyətini elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə aid etməyə imkan vermir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 saylı kollegiya qərarı ilə təsdiq edilmiş Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçasının XIII bölməsində ali məktəb rektorunun əmək funksiyası belə müəyyən olunub: "Rektor ali məktəbin fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıyır və mövcud qanunvericiliyə uyğun olaraq ali məktəb adından fəaliyyət göstərir. Bütün orqanlarda, yuxarı təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. onu təmsil edir, müqavilələr bağlayır; etibarnamələr verir, bankda hesab açır. Öz səlahiyyəti daxilində bütün işçilər, aspirantlar, doktorantlar, dinləyicilər, tələbələr üçün məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir. O, prorektorların konkret vəzifələrini və məsuliyyətlərini müəyyən etmək, öz səlahiyyətlərinin bəzilərinin icrasını onlara vermək hüququna malikdir. Rektor əmək qanunvericiliyinə uyğun olaraq ali məktəbin fəhlə və qulluqçularını (təsisçinin nomenklaturasında olanlardan başqa) işə götürür və işdən azad edir, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir". Göründüyü kimi, rektorun əmək funksiyaları elmi, pedaqoji və yaradıcılıq deyil, inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterlidir. Belə funksiyaları yerinə yetirən şəxslər isə İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin və Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd" hissələrinə, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanununun 2-ci maddəsinə əsasən vəzifəli şəxs hesab olunurlar. Lakin buna baxmayaraq, Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru olmasını sırf pedaqoji fəaliyyətlə əlaqələndirməyə çalışır. Xanım deputatın nəzərinə çatdırmaq istərdik ki, Konstitusiyanın 85-ci maddəsinə görə icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Konstitusiyanın bu tələbi 7-ci maddənin III hissəsində təsbit olunan hakimiyyətlərin bölünməsi prinsipindən doğur. Əgər deputat daimi əsaslarla hər hansı bir dövlət qulluğu və ya dövlət qulluğu sayılmayan digər dövlət funksiyasını yerinə yetirərsə, müvafiq dövlət orqanları ierarxiyasında özündən yuxarılara tabe olur ki, bu da deputatın fəaliyyətinə təsir etmək ehtimallarını gücləndirir. Deməli, Konstitusiya tələb edir ki, deputat əsas diqqətini məhz parlament fəaliyyətinə yönəltməli, deputat fəaliyyəti də bütün mandat müddətində onun yeganə fəaliyyət növü olmalıdır. Bu həm də deputatların öz funksiyalarını sərbəst, qərəzsiz həyata keçirmələrinin şərtidir. Gülçöhrə Məmmədova, gördüyünüz kimi, Konstitusiya yalnız elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinin deputat mandatı ilə birlikdə həyata keçirilməsini mümkün hesab edir. Odur ki, siz Milli Məclisin üzvü seçildikdən sonra Seçki Məcəlləsinin 173-cü maddəsinə əsasən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsində göstərilən vəzifələrdən azad olunmağınız barədə əmrin surətini və ya bu fəaliyyətə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməli idiniz. Lakin bunu etməyibsiniz. Odur ki, indiyədək Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinə məhəl qoymadan həm parlamentdə təmsil olunur, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru kimi ödənişli fəaliyyətlə məşğul olursunuz. Bu isə bir daha onu göstərir ki, sizin Milli Məclisin deputatı olmağınız Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə tamamilə ziddir.

Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, parlamentin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq. Belə ki, bununla əlaqədar ikili vəzifə daşıyan deputatlara xəbərdarlıq edildiyini deyən məlumatlı şəxsin sözlərinə görə, artıq onlar çətin seçim qarşısında qalıblar: "Yəni deputatlar mandatla vəzifə arasında seçim etməli olacaqlar. Vəzifəsini seçən şəxslər paramentdə təmsil oluna bilməyəcəklər. Deyilənlərə görə, bu il baş tutacaq parlament seçkilərində mandatdan məhrum ediləcək millət vəkilləri arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova da var…"

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru