“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Məhkəm-hüquq sistemimiz NƏDƏN BÜDRƏYİR... - "...bəlkə qazax, qırğız dilində ona müraciət edək?"
Tarix: 20-04-2022, 09:59 | Çap et
Məhkəm-hüquq sistemimiz NƏDƏN BÜDRƏYİR...
Azərbaycanda məhkəmə sisteminin hansı durumda olması ilə bağlı uzun-uzadı yazmağa, danışmağa heç bir ehtiyac və lüzum görmürük.
Çünki atalar demişkən, görünən kəndə, yaxud görünən dağa nə bələdçi.
Hər şey göz önündədir. Bunun sübuta-zada ehtiyacı yoxdur.
Təsəvvür edirsiniz, məhkəmənin birinci instansiyasının çıxardığı qərarı yuxarı məhkəmə instansiyası ləğv edir.
Amma bunun səbəbini soruşan olmur ki, birinci instansiya məhkəməsi hansı əsasla vətəndaşa qarşı belə ağır cəza müəyyən etmişdi və...
Və..nə möcüzə baş verdi ki, yuxarı instansiya məhkəməsi yüksək cəza alan vətəndaşı loru dildə desək açıb buraxdı.
Axı, müasir hüquq elminin olmadığı orta əsrlərdə heç belə hal olmayıb.
Belə olan halda gərək məhkəmə hakimləri cəza almalıdır.
Amma nə cəza-filan..?
Niyə Məhkəmə-Hüquq Şurası qətnaməsi ləğv olunan hakimdən soruşmur ki, sən hansı əsasla, dəlil-sübutla vətəndaşa ağır cəza vermişdin..?
Təsəvvür edirsiniz, neçə illərdir ki, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarlar üzvü olduğumuz Avropa Məhkəməsində ləğv edilir və...
Və üstəlik Azərbaycan dövləti hər dəfə ən azı 10-15 min dollar təzminat ödəməli olur.
Əgər hakim səhv qərar çıxarıbsa, nə üçün Azərbaycan dövləti təzminat ödəməlidir...?
Qoy, məhkəmə hakiminin özü qəbul etdiyi səhv qərara görə təzminat ödəsin.
Əgər bircə dəfə hakim təzminat ödəsə, bu hal başqa hakimlərə də dərs və ibrət olar.
Ümumiyyətlə, bəzi məhkəmələrin qəbul etdiyi qətnamələrin tekstinə baxanda adam dəhşətə gəlir.
Elə bil hansısa kənd mollası yazıb.
Biz məhkəmə qətnamələrindəki dilimizə uyğun olmayan ifadələri, orfoqrafik və sintaksis səhvləri kənara qoyuruq ee...
Söhbət məhkəmə materiallarının hüquqi məzmunundan gedir.
Dəfələrlə Rusiya istintaq orqanlarının, yaxud məhkəmələrinin materialları bizə göndərilib.
Vallahi adam oxuyanda məəttəl qalır və bizim uyğun sənədlərlə müqayisə edəndə görürsən ki....
İnanın adam sənədlərdəki savad və hüquqi məntiqə heyrət edir. Bizdə də həqiqətən də çox savadlı, araşdırma qabiliyyəti çox yüksək olan hakimlərimiz var. Məsələn, Yasamalda Hüseyn Səfərov, Suraxanıda Elnur Nuriyev, Nəsimidə Azər Tağıyev, Binəqədidə Abbas Rzayev, Sabunçuda Süleyman müəllim və bir çoxlarını göstərmək olar ki, onların çıxardığı qərar və qətnamələri oxuduqca adamda nə vaxtsa Azərbaycan məhkəmələrinin bütünlüklə ədalətli hakimlərdən ibarət olması qənaətinə gəlirik.
İndi isə qayıdaq mövzumuzun əsas hissəsinə.
Xatırladım ki, Millİ Məclisin üzvü, Böyük Quruluş partiaysının başqanı Fazil Mustafa parlamentin tribunasından birbaşa deyir ki, Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ vəziyyətdədir.
Unutmamalıyıq ki, normal məhkəmə-hüquq sistemi olmayan cəmiyyətdə dayanıqlı təminat sistemi ola bilməz.
Təsəvvür edin ki, hansısa əcnəbi biznesmen Azərbaycan iqtisadiyyatına 100 milyonlarla kapital-investisiya qoymaq istəyir, yeni iş yerləri açmaq istəyir.
Həmin əcnəbi biznesmen ilk öncə Azərbaycan məhkəmə sistemini araşdırır və görəndə ki, burada normal hüquq sistemi yoxdur, ölkəmizə nəinki yüz milyonlar, heç qara köpük də kapital yatırmaz.
Bütün bunları yazmaq da məqsədimiz odur ki, hamımızın hüquqlarını qoruya bilən ədalətli məhkəmə sisteminə ehtiyac var.
Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər əbəs yerə demirdi ki....
Dövlət iki məsələdə sarsılır, cinayətkar cəzasız qalanda və günahsız şəxs cəza alanda...
Cəzanı verən kimdir ?
Əlbəttə, məhkəmə-hüquq sistemi...
Gördünzmü, yuxarıda yazdıqlarımız sonda təsdiqini tapdı.
Söhbət Ulu Öndərin dediyi kimi, DÖVLƏTİN SARSILMASINDAN gedir...
Hələ bu sadaladıqlarımız harasıdır..?
İndi isə keçək konkret məsələlərə...
Deməli, tərəflərdən birinin etirazı əsasında məhkəməyə etiraz verilir və məsələ Apelyasiya məhkəməsinə göndərilir.
Yəni bu məhkəmə sisteminin adi qaydasıdır. Başqa cür də ola bilməz. Tərəflərdən biri hansısa səbəbdən, əsaslandıra bilsə ki, bu məhkəmənin işə baxması ədalətli və obyektiv ola bilməz və etiraz etsə...iş avtomatik olaraq Apelyasiya məhkəməsinə ötürülür. Bu qədər sadə bir qayda. Amma..
Əmması odur ki, başımıza gələnlər əsasında yazırıq ki, Ziraat Bank məsələsinə görə, daha dorğusu, bankın Azərbaycandakı filialının sabiq müdiri Avni Dəmirçi ilə bağlı məsələyə görə, Zəngilan Rayon Məhkəməsinin işə baxmasına etiraz etdiyimiz üçün iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərildi. Hətta Sumqayıt Apelyasiya Məhkəməsi də etirazımızı normal qəbul edərək işin baxılmasını Şuşa Rayon Məhkəməsinə göndərdi. Və biz də tərəf olaraq buna etiraz etmədik.
Belə hallar dəfələrlə olub.
Növbəti halda Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovla bağlı məsələyə görə, Nəsimi rayon Məhkəməsində mübahisənin 1-ci hissəsinin bizim xeyrimizə həll olduqdan sonra 2-ci hissə ilə bağlı məsələ Nəsimi rayon məhkəməsindən Zəngilan rayon məhkəıməsinə göndərildi.
Zəngilan rayon məhkəməsində əsaslı şəkildə yenidən etiraz etdiyimiz üçün iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərildi.
Və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin birbaşa göstərişi ilə iş yenidən Zəngilan rayon məhkəməsinə qaytarılıb.
Biz yazırıq ki, Zəngilan rayon məhkəməsində bizimlə sədr arasında narazılıq var, işə obyektiv baxıla bilməz və s...
Tofiq Paşayev isə işi yenidən Zəngilan rayon məhkəməsinə qaytarır.
Bəlkə Zəngilan məhkəməsində bizim işimizə baxan 2-ci hakim Fransadan, yaxud Almaniyadan gələcək..?
Axı, biz əsaslı olaraq Zəngilan məhkəməsinə etiraz etmişik.
Bəs görəsən, Tofiq Paşayev işi yenidən Zəngilan məhkəməsinə qaytarmasını necə əsaslandıra bilər..?
Bunun bircə adı var: hüquqi NONSENS...
Bu məqamda Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan soruşuruq ki, Tofiq Paşayev bəlkə azərbaycan dilini başa düşmür, bəlkə qazax, qırğız dilində ona müraciət edək..?
Cənab Fikrət Məmmədov, axı, siz “ ədalət nazirisiniz “, Tofiq Paşayev də bilirsiniz də Məhkəmə-Hüquq Şurasının üzvüdür. Bəlkə bir yerdə bizim suallarımza cavab verəsiniz...
Bir də bu hakimlərə müxtəlif yerlərdən o qədər “zakaz” gəlir ki, hakimlər də bilmir neyləsinlər, loru dildə desək bağırdalaq olurlar.
Yazıda adı keçən Mərdan Camalovla bağlı bir məsələyə nəzər salmaq istəyirik.
Deməli, Prezidentin rəsmi saytı olan prezident.az saytında yazılıb:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Mərdan Talıb oğlu CAMALOV Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2019-cu il.
Zərdab Rayon İcra Hakimiyyətinin saytında isə yazılıb:
Zərdab RİH-nin başçısı Mərdan Talıb oğlu CAMALZADƏ.
Deyəsən, Mərdan Camalov(zadə) Prezidenti də aldatmaq istəyir.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
//gundelik-baku.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru