Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                 

Xocavənd sakinlərindən icra başçısına ÇAĞIRIŞ: İSTEFA VER! - NARAZILIQ!
Tarix: 22-10-2021, 09:58 | Çap et
Xocavənd sakinlərindən icra başçısına ÇAĞIRIŞ: İSTEFA VER!
29 il ərzində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan və daha çox şəhid ailələrinə “qənim kəsilməklə” ölkə miqyasında ad çıxaran Eyvaz Hüseynovun özfəaliyyətinə qarşı etiraz edən şəhid ailələri mətbuat konfransı keçirilib.

Adı çəkilən vəzifə sahibinin qanunsuzluğa söykənən əməlləri ilə bağlı bir çox media qurumlarında silsilə tənqidi məqalələr yayımlanıb, geniş ictimaiyyət baş verənlər haqda lazımınca da məlumatlandırılıb. Təəssüflər olsun ki, hazırda ölkəmizin ən “stajlı” icra başçısı hesab olunan Eyvaz Hüseynovla bağlı heç bir tədbir görülməyib. Əksinə bu şəxs qanunsuzluğa söykənən fəaliyyətinin miqyasını daha da genişləndirib. Deyilənlərə görə, Eyvaz Hüseynov kifayət qədər şübhəli məqamlarla dolu olan vəzifə sahibidir. Hazırda Xocavənd RİH-nin başçısından narazı olan şəhid ailələrinin iddialarına görə, Eyvaz Hüseynov nə az, nə çox düz 29 ildir ki, daşıdığı vəzifəsindən sui-istifadə edir və heç bir şikayətə, şəhid ailəsi üzvlərinin müraciətinə məhəl qoymur. Belə bir səbəb üzündən də bu şəxslərin rayon rəhbərliyinə qarşı ifadə etdikləri narazılıq “pik nöqtə”yə çatıb.

Qeyd edək ki, keçirilən mətbuat konfransıda RİH-nin başçısına qarşı kəskin narazılıqlarını ifadə edən sakinlər ötən 29 il ərzində Xocavəndə rəhbərlik edən Eyvaz Hüseynov, bu şəxsin qardaşları, yaxın qohum-əqrəbası və s. şəhid ailələrinə məxsus yüz hektarlarla torpaq sahələrini ələ keçirmişlər, çoxsaylı obyektlərə, dəyəri yüz minlərlə qiymətləndirilən daşınan və daşınmaz əmlaklara sahib olmuşlar. Bu gün icra başçısı özünün ətrafına qardaşlarını, yaxın qohum-əqrəbasını, dost-tanışını və s. yığıb və təqribən 1458 km² sahəsi olan bu rayonun əkinə yararlı torpaq sahələrinin daha çox hissəsini ələ keçiriblər. Hal-hazırda da Eyvaz Hüseynov və onun yaxın çevrəsi özləri üçün sərvət toplayırlar, heç bir şəxsin, ələlxüsus şəhid ailələrinin problemləri ilə maraqlanmırlar. Bir sözlə, icra başçısı Xocavəndi “cəngəllik qanunları” ilə idarə edir və bu rayonda Azərbaycan qanunları işləmir. Mətbuat konfransında iştirak edən Muğanlı kənd sakini İmanov Məğrur Kərəm oğlu qeyd etdi ki, “Mən Xocavənd qəsəbəsindəki xəstəxanada işləyirəm. Haqqımı-hüququmu tələb etdiyimə görə RİH tərəfindən mənə və ailə üzvlərimizə mütəmadi təzyiqlər göstərilir. Hətta, bir dəfə şəxsən Eyvaz Hüseynovun özü məni dəvət etdi və birbaşa özümə hədə-qorxu gəldi. Qeyd edim ki, bu gün mənim də çalışdığım səhiyyə müəssisəsində icra başçısına yaxın elə şəxslər var ki, onlar Bakıda yaşayırlar, heç bir halda iş üzü tanımırlar. İş saatından artıq müddətdə işləsəm də əmək haqqımı düzgün ala bilmirəm. Amma, Eyvaz Hüseynova bağlı olan həmin şəxslər işə gəlmədən əmək haqqı alırlar. Elə ki, belə bir olaylarla bağlı RİH-nin başçısını məlumatlandırırıq, o halda o, “Belə şeylər bütün qurumlarda var” cavabını verir.

Şəhid ailəsinin üzvü, müharibə veteranı, Çernobıl əlili Ruzigar Tohit oğlu Məmmədov isə bildirdi ki, “Eyvaz Hüseynov 29 il ərzində Qaradağlı kənd sakinlərinə bənzəri olmayan zülmlər edib. Bəlkə də cənab Prezidentin onun belə bir əməllərindən xəbəri yoxdur. Qaradağlı kəndinin 84 nəfər şəhidi var, icra başçısı onlara şəhid stasusu verilməsinə imkan vermir, şəhid ailələrini qəbul etmir, onların problemləri ilə maraqlanmır. İcra başçısı, qardaşları, yaxınları təqribən 15 min hektardan çox torpaq sahələrini zəbt ediblər. Düşünürük ki, Eyvaz Hüseynovun bu cür əməllərindən cənab Prezident lazımınca məlumatlı deyil. İcra başçısı Qaradağlı şəhidlərinin adlarını hər vasitə ilə gizli saxlamağa çalışır və qardaşı İbad Hüseynovla bağlı təbliğata daha çox üstünlük verir. Bu şəxsin qardaşı İbad Hüseynov özünü bir çox dairələrə Milli Qəhrəman olaraq təqdim etsə də, əslində o, saxta milli qəhrəmandır. Çünki, o, “mən Monte Melikunyanın başını kəsmişəm” deyə təbliğat aparsa da, həmin məlumat sonradan yalan çıxdı və bu da qəhrəmanlığa yaraşan hərəkət deyil. Yəni, bəlli oldu ki, atılmış mərminin partlayışı nəticəsində Melikunyanın başına “kubik” dəyir və o, aldığı zərbədən dünyasını dəyişir. RİH-nin başçısı orda-burda təbliğat aparır ki, “Müharibə vaxtı kəndimizdən qadınları mən çıxartmışam”. Əslində bunların hər biri ağ-yalandır. Çünki, Eyvaz Hüseynovun anadan olduğu Muğanlı kəndi ermənilər tərəfindən ələ keçirilərkən nə Eyvaz Hüseynovun özü, nə də ki, bu şəxsin qardaşları həmin kənddə olmayıblar”.



Qaradağlı kənd sakinlərindən olan, şəhid ailəsinin üzvü Rasif Məhərrəm oğlu Əliyev də bildirdi ki, “Eyvaz Hüseynov və onun yaxın çevrəsi əkinə yararlı torpaq sahələrini ələ keçirdiklərindən, bu gün biz torpaq üzünə həsrət qalmışıq. Elə ki, şəhid ailəsi olaraq icra başçısından torpaq sahəsi verilməsini tələb etsəkdə o, bizim tələbimizə əhəmiyyət vermir, bir sözlə bizi saya salmır”.

Qaradağlı kənd sakini, şəhid ailəsinin üzvü Quliyev Rafiq Əliaslan oğlu da vurğuladı ki, “Mənim atam və qardaşım şəhid olublar. Bu günə kimi kəndimizdən şəhid olanlara nəinki şəhid adı, heç bir dənə olsun belə medal da verilməyib. Eyvaz Hüseynovun Qaradağlı kənd sakinlərini görməyə gözü yoxdur. Bu şəxsə dəfələrlə işlə təmin olunmaq üçün müraciətlər etmişik, o, heç bir şəhid ailəsinin üzvünə iş verməyib. Bizim kəndin sakinləri 1992-1993-cü illərdə ermənilərdən qaçıb bura gəldik, burada da “erməni işğalı”na “tuş gəlmişik”. Yəni, “Nərgiz təpə” adı ilə tanınan ərazidə 1550 hektar torpaq sahəmizi icra başçısı, onun qardaşları, bir sözlə Eyvaz Hüseynovun yaxın çevrəsi tərəfindən ələ keçirilib. Mən heç cür başa düşə bilmirəm ki, RİH başçısının qardaşı olan İbad Hüseynov hansı əsasla Milli Qəhrəman olub? Axı, onun bu ada sahib olması tamamilə ağ-yalandır”.

Xocavənd RİH-nin başçısından hədsiz narazılığını ifadə edənlərdən biri də Qaradağlı kənd sakini Mənfiyət Arazxan oğlu Hüseynov oldu. O, verdiyi açıqlamalarında “Biz hamılıqla icra başçısından narazıyıq. Bu şəxs düz 29 ildir ki, bizə zülm edir, şəhid ailələrini saya salmır, onların problemləri ilə maraqlanmır. Qeyd edim ki, “1992-ci ildə Qaradağlı kənd sakinlərinin bir çoxu ermənilər tərəfindən əsir götürülür və müxtəlif işgəncələrə məruz qaldıqdan sonra, onların hamısı qətlə yetirilir. Ona görə də hər il fevralın 17-də Qaradağlı kənd şəhidlərinin anım günü qeyd olunur.



Xeyli vaxt bundan əvvəl kənd sakinləri rayon ərazisində 84 nəfər şəhidin xatirəsinə abidə ucaltmaq qərarına gəlirlər və bu məqsədlə onlar müəyyən ölçüdə torpaq sahəsinin ayırılması üçün Xocavənd RİH-nin başçısına müraciət də edirlər. Sakinlərin müraciətinə Eyvaz Hüseynov rədd cavabı versə də Füzuli RİH-nin başçısı Alı Alıyev isə məhz belə bir müraciətə diqqətlə yanaşır. Yəni, o, Füzuli rayonuna məxsus, amma Beyləqan rayonu ərazisinə yaxın yerdə abidə kompleksinin ucaldılması məqsədilə torpaq sahəsinin ayırılmasına razılığını verir.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Xocavənd RİH-nin başçısı qeyd olunan abidəyə xərclənən vəsaitlərin icra hakimiyyətinin vəsaiti hesabına ərsəyə gətirilməsi yöndə sənədləşmə işlərini həyata keçirməyə çalışsa da Qaradağlı kənd sakinləri buna qəti etirazlarını bildirirlər. Belə bir səbəbdən də Eyvaz Hüseynovun bu niyyəti baş tutmur.

Bundan əlavə, “Nərgiz təpə” adı ilə tanınan ərazidə iyirmidən çox artezian quyusu var ki, bu gün həmin quyulardan yalnız icra başçısı və onun yaxın ətrafı istifadə edirlər. Elə ki, icra başçısından torpaq sahəsi istədiyimiz halda o, bizə olduqca əkinə yarasız olan, gedib-gəlmək heç cür mümkün olmayan ərazilərdən torpaq sahəsi təklif edir. Diqqət yetirmək lazımdır ki, ərazidəki 8 min hektar torpaq sahəsinin 250 hektarı icra başçısı Eyvaz Hüseynovun yeznəsinə məxsusdur. Bir sözlə, bu şəxslər hər cür hoqqalardan çıxırlar, hər cür qanunsuzluqlara imza atırlar. Yəni, icra başçısı şəhid adına, şəhid ruhuna qiymət vermir, şəhid ailəsi üzvlərinə olduqca biganə yanaşır. Eyvaz Hüseynovun bu cür idarəçiliyi ilə bağlı biz aidiyyatı orqanlara ərizə yazıb, teleqramma vuranda da həmin günün səhəri bizi RİH-nə çağırırlar, bizdən izahat tələb edirlər.

Diqqəti cəlb edən məqamlardan biri də bu şəxslərin Zərifə Əliyeva adına parkdakı oturacaqları, bir çox avadanlıqları, daş üzlükləri və s. sökərək özlərinə aid obyektlərə quraşdırmalarıdır. Eyvaz Hüseynovun “xeyir-duası” ilə ona bağlı olan şəxslər, vaxtilə büdcə pulları hesabına ərsəyə gətirilmiş Zərifə Əliyeva adına parkı elə bərbad hala salıblar ki, bu gün həmin parkdan əsər-əlamət qalmayıb. Hətta onlar parkın yaxınlığında mal-qara da saxlatdırırlar. Biz bu və digər problemlərimiz ilə bağlı deputatımız olan, amma fəaliyyətini görmədiyimiz Elman Məmmədovu tapa bilmirik. Biz bu şəxsin sifətini televizorlarda görürük.
Diqqət yetirək ki, Elman Məmmədov 44 gün davam edən Vətən müharibəsində şəhid olanlardan heç birinin yas mərasimində iştirak etmədi, bir kimsə ilə maraqlanmadı.
Belə deputat bizim nəyimizə lazımdır?
Efirlərdə olanda ağızdolusu vətənpərvərlikdən, torpağa bağlılıqdan, şəhid adına hörmətdən və s. danışır. Bu şəxs də sanki MM-ə “propiska” olub və hər seçkidə “millət vəkili” olur. Başa düşmək olmur ki, onu kimlər seçdi, kimləri təmsil edir?”

Qaradağlı kənd sakini Xaliq Rüstəmov da icra başçısı Eyvaz Hüseynovdan narazı olduğunu bildirdi və onu da vurğuladı ki, “RİH-nin başçısı heç bir şəhid ailəsini qəbul etmir, onların problemlərinin həllinə çalışmır. Başçıdan şikayət edən hər kəsin özünü, yaxud da qohum-əqrəbasını incidirlər. Bir sözlə, bu şəxsin yarıtmaz idarəçiliyindən “cana doymuşuq” ”.

Yuxarıda sadalanan fikirlərdən belə məlum olur ki, Xocavənd RİH-nin başçısının şəhid ailəsi üzvlərinə, həmçinin digər şəxslərə qarşı belə bir münasibətinin kökündə xüsusi aqressiya dayanır. Əgər bu belə olmasaydı o, ölkə rəhbəri cənab İlham Əliyevdən şəxsi nümunə götürərdi. “Hər bir məmur xalqın xidmətçisidir”,-deyən Prezident nümunəsində zaman-zaman xalqa xidmət örnəyi nümayiş etdirib. Unutmaq olmaz ki, dövlət başçısı vəzifəyə təyin etdiyi hər bir şəxsə tapşırıq verir ki, insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər, onların haqqını qəsb etməsinlər, problemlərinin həllinə çalışsınlar. Yəni, Prezident İlham Əliyev müşavirələrdə, müxtəlif tədbirlərində çıxışları zamanı məmurların vəzifəyə xalqa xidmət etmək üçün təyin edildiyini xatırladır. Buna baxmayaraq, Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynov isə məhz ölkə rəhbərinin tapşırıqlarından heç bir nəticə çıxarmır. Bir sözlə, bu şəxs öz tamahına qalib gələ bilmir. Belə bir səbəblər üzündəndir ki, hazırda 84 şəhidi olan, uzun müddətdən bəri əkinə yararlı torpaq sahələri ələ keçirilən, çoxsaylı problemləri həll olunmayan, hər zaman icra başçısı və digər vəzifə sahibləri tərəfindən təpki və təzyiqlərə məruz qalan Qaradağlı kənd sakinləri ilə rayon rəhbərliyi arasında “ciddi uçurum” yaranıb.

Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra ölkəmizin siyasi rəhbərliyi mövcud problemlərin varlığını diqqətdə saxlayacaq və şəhidlərin şahidlərini “şaha qaldıran” Eyvaz Hüseynova “dur” deyiləcək.
//realmedia.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Bu gün, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Bu gün, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Bu gün, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Bu gün, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Bu gün, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Bu gün, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Bu gün, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Bu gün, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Bu gün, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Bu gün, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Bu gün, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Bu gün, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru