İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                 

“Sosial yardım vermirlər, yüz bəhanə gətirirlər” - GİLEY
Tarix: 19-03-2020, 10:19 | Çap et
“Sosial yardım vermirlər, yüz bəhanə gətirirlər”
Göyçayda yaşayan Aytəkin Əliyeva 4 ildir xəstəliklərlə mübarizə aparır. DİA.AZ xəbər verir ki, gənc qadın bu müddətdə ailəsinin onun müalicəsi üçün hər şeyi satdığını deyir. Bizi Aytəkinin həyat yoldaşı Samir Əliyev qarşılayır. Hələ yolda bu illər ərzində qadını həyatda saxlamaq üçün necə mübarizə apardıqlarından danışır. Deyir ki, çox qazana bilmir, iki gündə bir dəfə bazara çıxır, evə uzağı 10 manat gətirir. Aytəkinin müalicəsi üçün isə çox pul xərcləyiblər.

“Üçüncü övladımız dünyaya gələndən sonra belə oldu. Hepatit B və D, qaraciyərdə problem olduğu üzə çıxdı. Keçən ilin iyununda dalağını götürdülər. Əməliyyata 4 min manat xərcimiz çıxdı. Sistemin biri 120 manat idi. İmkan çatmırdı, çox vurdura bilmirdik. Onun sağalması üçün hər əziyyətə qatlaşmışıq. Sanki müalicələr düz aparılmayıb. İnfeksiya xəstəxanasında, Ucarda, “Semaşko”da yatıb. Vəziyyəti heç yaxşı deyil. Güclə addım atır”, - Samir danışır.

Evə çatırıq. Aytəkin addım-addım yeriyərək bizə yaxınlaşır. Vəziyyətinin çox pis olduğunu deyir.

“Oturduğum yerdə halım pisləşir. Tək qalmağa qorxuram. Uşaqları məktəbə, bağçaya apara bilmirəm. İnanın, heç nəyimiz qalmayıb. Ortada üç uşaq var. Onları aylarla qoyub gedirəm, analıq eləyə bilmirəm”, - Aytəkin kədərini bu cür ifadə edir.

Söhbətə onun bacısı Günay Həsənova qoşulur. Müsahibimiz danışır ki, bacısının ailəsi əvvəllər peşə məktəbinin yataqxanasında yaşayırmış. Yanğından sonra yaşayış yeri əldən çıxıb. Qohumlar yığışıb ailəyə daxma qaraldıb. Amma burada da lazımi şərait yoxdur.

Aytəkin yeni yaşayış yerində hər şeyin yarımçıq olduğunu deyir. Qadın xətəliklə necə mübarizə apardıqlarından danışır. Hər dəfə Bakıya müalicəyə gedəndə azı 400-500 manat xərclədiklərini deyir: “Gedəndə də haradasa qalmaq lazım gəlir. Hər şey çətindir. Bir dəfə özəl xəstəxanada 8 manatım çatmadı, məni girov saxladılar. Heç nə havayı başa gəlmir”, - qadın belə deyir.

Ailə dövlətdən heç bir yardım görmür. Ölkə başçısına məktub yazaraq vəziyyəti çatdırmağa çalışıblar. Bildiriş gəlib, amma cavabdan xəbər çıxmayıb. Düşünürlər ki, yerli məmurlar cavab məktubunu sıradan çıxarıb.

“İki dəfə pensiya üçün müraciət eləmişik. “Yox” cavabı almışıq. Sosial yardım üçün də getmişdik. Vermirlər, yüz bəhanə gətirirlər. Hepatit D təcili müalicə olunmalıdı. Pula çox ehtiyac var. Bir az qalanda qarnıma su yığılır. Burnumdan hər gün qan açılır. Təsəvvür edin, dörd il ardıcıl xəstəxanalarda pul xərcləmək nə deməkdi. İrana qədər getmişik”, - Aytəkin problemin bütün tərəflərini deməyə çalışır.

Qadın deyir ki, İranda onlara müalicəyə gecikdiklərini söyləyiblər. Aytəkin ilk vaxtlarda imkansızlıqdan lazımi addımları ata bilmədiklərini xatırlayır: “Sonra nəyimiz varsa, satmağa başladıq. Bax, yenə müalicə üçün getmək lazımdı. Amma pulu haradan tapacağımı bilmirik. Bacım məktəbdə xadimə işləyir, onun kartından 300 manat çıxarıb müalicəyə getdiyim vaxtlar olub”.

Ailənin üç övladından ikisi məktəb yaşındadır. Uşaqları internat tipli gimnaziyaya qoyublar. Amma axşamlar ananın yanına gələ bilirlər. Aytəkin elə-hey təkrar edir ki, “uşaqlara analıq eləyə bilmirəm”.

“Deyirlər ki, bir kilodan artıq yük götürmə. Amma mən onların qayğısına qalmaq istəyirəm. Mən uşaqlarıma baxmaq istəyirəm”, - ananın sakit fəryadıdır.

Ümid ölməyib. Həkim axırıncı dəfə Aytəkinə deyib ki, qaraciyərində sağlam toxumalar çoxdur. Qadın bu ümidə sığınıb sağalacağından, uşaqlarını daha çox bağrına basacağından danışır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Bu gün, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Bu gün, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Bu gün, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Bu gün, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Bu gün, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Bu gün, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Bu gün, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Bu gün, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Bu gün, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Bu gün, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Bu gün, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Bu gün, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Bu gün, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Bu gün, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru