SÖYÜN SADIXOV GÜRCÜSTANDA PUL PAYLAYIR
Tarix: 3-05-2013, 14:58 |
Çap et
O, TİFLİSDƏ DƏ XƏYANƏTKARLARI BAŞINA YIĞIB
DİA.AZ: - Məlum olduğu kimi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov 7 may tarixində Tiflisdə olacaq. Bu barədə rəsmən verilən xəbərlərdən aydın olur ki, rusiyayanlısı Tislifdə Gürcüstanın azərbaycanlı gənclərinin yeni təşkilatının yaradılması məqsədilə gedir.
Bu olayla bağlı DİA.AZ-a Gürcüstandakı soydaşlarımız tərəfindən maraqlı bir məlumat daxil olub. Soydaşlarımızın redaksiyamıza bildirdiyinə görə, Söyün Sadıxovun gəlişinə artıq 1 aydır ki, tədarük görülür: «Bu adamlar Gürcüstanda Rusiyanın adamları kimi tanınıblar və hətta bəziləri Gürcüstanda erməni əsilli Arnold Stepanyanın rəhbərlik etdiyi «Çoxmillətli Gürcüstan» təşkilatının fəallarıdır. Yəni Söyün Sadıxov Rusiyada Azərbaycana xəyanət etdiyi kimi, Gürcüstanda da Azərbaycanın düşmənləri ilə bir yerdə olan adamları başına yığıb».
Gürcüstanda yaşayan soydaşımız əlavə olaraq onu da bildirdi ki, Söyün Sadıxovun gəlişinə tədarük məqsədilə təxminən 300-ə yaxın gənci bir araya yığmağı planlaşdırırlar: «İndidən onlara pul paylayırlar. Adam başına 500 laridən (təxminən 200 manat) pul veriblər ki, Söyün Sadıxovla görüşə qatılsınlar və guya ki, yeni yaranmış təşkilatın üzvü kimi təqdim olunsunlar».