Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                 

QARADAĞDA SAHİBKARLARI NECƏ MÜFLİS EDİRLƏR
Tarix: 1-01-2013, 12:11 | Çap et
QARADAĞDA SAHİBKARLARI NECƏ MÜFLİS EDİRLƏR
HAQQI TAPDANANLAR HAQQLARINI MƏHKƏMƏLƏRDƏ DƏ QORUYA BİLMİRLƏR

DİA.AZ: - Neçə müddətdir ki, Qaradağ rayonu ərazisində bir qrup sahibkar icra başçısı Süleyman Mikayılovun və onun tərəfindən himayə olunan bir şəbəkənin hədəfinə çevrilib. Artıq olayla bağlı iş hətta müxtəlif məhkəmə instansiyalarını belə aşıb. Və bu gün də DİA.AZ-a icra başçısının oyunları ilə əlaqədar şikayətlər daxil olmaqdadır.

Biz də Lökbatan qəs., 4-cü massiv, 9-cu keçid, ev 14 ünvanında yaşayan Ağayev Ağahüseyn Qulam oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə ünvanlanmış şikayət məktubunu olduğu kimi diqqətinizə təqdim edirik.

“Hörmətli İman müəllim!

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2012-ci il tarixli qərarı ilə (iş N-2-inz (81)-746/2012) hüquqlarını təmsil etdiyimiz Şamilov Şamil Canməmməd oğlunun Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı iddiası təmin edilərək “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı bazarın alqı-satqısına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Qasımov Hüseyn Əlibala oğlu arasında imzalanmış 05 oktyabr 2010-cu il tarixli 30/01 saylı hərrac protokolunun Şamilov Şamil Canməmməd oğluna aid mağaza hissəsində etibarsız hesab edilməsi, həmin hissədə 7 saylı reyestr kitabının 695-ci vərəqində Şamilov Şamil Canməmməd oğlunun tikdirdiyi mağazaya aid qeydin etibarsız hesab edilməsi” qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən və məruzəçi Valeh Ağayev) Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Qasımov Hüseyn Əlibala oğlu və Paşayev Adil Süleyman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmamışdır.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının göstərilən qərarı maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına və bu səbəbdən də həmin qərarı tamamilə əsassız və qanunsuz hesab etdiyimizə görə həmin qərardan 06.11.2012-ci il tarixdə tərəfimizdən kassasiya şikayəti verilmişdir.

Məlumat üçün bildirirəm ki, mübahisəli mağaza özəlləşdirilmiş bazarın tərkib hissəsi olmamışdır, yəni onun bazara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərmiş və onun fəaliyyəti üçün hüquqverici sənəd Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.1994-cü il tarixli 1112 saylı sərəncamı olmuşdur.

Daha sonra, yəni Qaradağ rayon İcra Hakimiyyətinin 17.04.2000-ci il tarixli, 321 saylı sərəncamı ilə mağazanın tikintisi üçün ticarət cərgəsində ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsinə icazə verilmiş və mağazanın tikintisi rayon İH-nin aparatının memarı ilə razılaşdırılmaqla layihə əsasında aparılmışdır. Mağazanın tikintisinə bazarın və ya bazar rəhbərliyinuin heç bir vəsaiti xərclənməmişdir. Belə ki, həmin mağaza bilavasitə Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının şəxsi vəsaiti hesabına tikilərək fəaliyyət göstərmişdir.

Göründüyü kimi, mübahisəli mağaza fiziki şəxsin əmlakıdır, dövlət əmlakı deyil.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Mülki Məcəllənn 158-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ əmlak hüququ hesab edilir və qanunla müdafiə edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

Mülki Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

Mülki Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.

Mülki Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.

Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etməli olsa da tətbiq etməmiş, bununla da maddi hüquq normaları pozulmuşdur.

Ən başlıcası odur ki, mənə məxsus mağaza bazarın ərazisində deyil. Bazarın ərazisinin hüdudları mübahisəli və qeyri-müəyyən olmaqla ilkin sənədlərə yox, sonradan, yəni 1997-ci ildə tərtib edilmiş texniki pasporta əsaslanır. Hansı ki, həmin texniki pasportdan da görünür ki, bazarın içərisində mağaza olmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı kolxoz bazarı 1983-cü ildə inşa edilmişdir (texniki pasportun göstəricisinə əsasən). Lakin həmin bazarın tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması, ilkin tikinti-layihə sənədləri və s.sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

Bir sözlə, bazarın ilkin sənədləri məhkəməyə təqdim edilmədiyindən 1997-ci ildə tərtib edilmiş texniki pasportun məhkəməyə təqdim edilmiş surətini qanuni hesab etmək düzgün olmasa da apellyasiya instansiyası düzgünlüyü tərəfimizdən mübahisəsləndirilən həmin saxta texniki pasporta istinad edərək iddia tələbimizi rədd etmişdir.

Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.

Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, öz vəsaitim hesabına tikilmiş və sahibi olduğum mağazanın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bazarın tərkib hissəsi kimi 2010-cu ildə pasportlaşdırılaraq hərraca çıxarılmasını və bazarla heç bir əlaqəsi olmayan şəxsə satılmaşını, hərrac protokolunu, nəticə etibarilə özəlləşdirməni qanuni hesab etmişdir.

Birinci instansiya məhkəməsində inzibati icraat zamanı olduğu kimi apellyasiya icraatı zamanı da kolxoz bazarının ilkin sənədlərinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinin zəruriliyi barədə tərəfimizdən dəfələrlə vəsatət qaldırılsa da və bununla bağlı cavabdehə məhkəmə tapşırığı verilməsi dəfələrlə məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsindən fərqli olaraq cavabdehə məhkəmə tapşırığı verilməmiş, cavabdeh ilkin sənədləri birinci instansiya məhkəməsində olduğu kimi yenə də məhkəməyə təqdim etməmişdir.

Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

İnzibati Prosessual Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar.

Lakin məhkəmə kollegiyası tərəfindən sadalanan posessual hüquq normalarının tələblərinə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi inzibati icraat zamanı birtərəfli, yəni cavabdehin xeyrinə mövqe tutaraq ümumiyyətlə dəlil və vəsatətlərimizə heç bir əhəmiyyət verməmişdir.

Mübahisənin mahiyyəti üzrə ən başlıca məsələlərdən, yəni mağazanın bazara yox, yalnız mənə məxsus olduğunu sübut edən əsas hallardan biri aşağıdakından ibarətdir:

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilməklə “Azərittifaq”ın balansından alınaraq müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Odur ki, “Azərittifaq”ın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri əsasında 15 fevral 1993-cü il tarixdə “Azərittifaq”ın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış və müvafiq akt əsasında bazar təhvil-təslim edilmişdir. Təhvil-təslimin nəticəsi üzrə bazarın baş mühasibi V.Xrunovanın iştirakı ilə akt tərtib edilmiş və aşağıdakı əsas vəsaitlər aktda öz əksini tapmışdırır:

1. Ticarət mərkəzi-1 ədəd.

2. Poviliyon gürcü tipli- 6 ədəd.

3. Televizor -1 ədəd.

4. Soyuducu şkaf -1 ədəd

5. Soyuducu prilavka -1 ədəd.

6. Translyasiya qurğusu -1 ədəd.

7. Kondisoner BK – 1500 -1 ədəd.

8. Kondisoner qurğusu -1 ədəd.

Göründüyü kimi, kolxoz bazarı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə yalnız yuxarıda göstərilənlər təhvil verilmişdir ki, mənim mağazam həmin siyahıda yoxdur.

Ən başlıcası, əgər mıənim mağazam, kolxoz bazarı Qaradağ Rayon İcra Hakimiyyətinin balansına keçdikdən sonra mənim yox, İcra hakimiyyətinin vəsaiti hesabına tikilmişdirsə, onda həmin mağazanın tikilməsi haqqında müvafiq sərəncam və layihə-smeta sənədləri olmalı və mağazanın tikintisinə dövlət büdcəsindən pul vəsaiti ayrılmalı idi. Hansı ki, bu barədə heç bir sənəd yoxdur.

Digər tərəfdən, bazrın tikintisi üçün 1983-84-cü illərdə ayrılmış torpaq sahəsinin sərəncamı və layihə-smeta sənədləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün bazarın həqiqi hüdudlarının məhkəmədə müəyyən etmək, qətiyyən mümkün deyildir. Bunun üçün verdiyimiz vəsatət əsasında məhkəmə kollegiyası ən azı yerində baxış keçirməli idi. Əgər yerində baxış keçirilsəydi şübhəsiz ki, Neft Şirkətinə məxsus qarajın sərhəddi ilə bazarın sərhəddini müəyyənləşdirmək mümkün olardı. Çünki Neft Şirkətinə məxsus qaraj bu gün də yerindədir, bazar isə Neft Şirkətinə məxsus olan və neft mədənlərinə xidmət üçün yaradılmış at arabası qarajının yerində tikilmişdir. Həmin dövrdə bazar üçün də ayrılmış həmin sahənin, yəni at arabası qarajının bir hissəsi, Bakıelektrikşəbəkənin inzibati binası olmadığı üçün onlara, bir hissəsi isə OADKYC-nin motosikletlərinin qarajı kimi həmin cəmiyyətə verilmişdir.

Bütün bunları biz məhkəməyə izah etsək də məhkəmə kollegiyası bizim həmin dəlillərimizə də etinasız yanaşmış və həmin izahat protokola da əlavə edilməmişdir.

Birinci instansiya məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinin baş memarı Naiq Səmədov ifadə verərkən bildirmişdir ki, vaxtilə Qaradağ Rayon İH tərəfindən bazarın içərisində qoyulmuş köşklər yığışdırılaraq bazarın ön hissəsində ticarət cərgəsi yaradılmış və 11 nəfərə orada mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, Ş.Şamilova da ayrılmış torpaq sahəsi məhz həmin cərgədədir.

Lakin hakim Valeh Ağayev nümayəndəmin (vəkilimin) təkidli xahişlərinə baxmayaraq nə memarın ifadəsini nəzərə almış, nə də ki, onu yenidən dindirmiş, digər tərəfdən isə mübahisəli obyektə yerində baxış keçirməmişdir. Əksinə, hakim cavabdehin vəkili kimi çıxış edərək öz hakimlik borcunu unutmuş və onları istiqamətləndirmişdir.

İş üzrə 3-ü şəxs Qasımov Hüseyn Əlibala oğlu həmin ticarət cərgəsində yerləşən mağazaların bir hissəsini öz əvvəlki sahiblərinə qaytarmış, qalan hissəsini isə dayısı Paşayev Adil Süleyman oğlunun adına keçirmişdir ki, hakim V.Ağayev bunu öz qərarında da göstərmişdir. Necə ola bilər ki, eyni ticarət cərgəsində olan mağazaların bir hissəsi sahiblərinə qaytarılır, bizə məxsus mağaza isə qaytarılmır? 12 ildən yuxarı bir müddət ərzində işlətdiyimiz mağaza əgər bazara məxsus idisə, bu halda necə ola bilər ki, biz bazar rəhbərliyi ilə icarə müqaviləsi bağlamamış və heç bir icarə haqqı ödəməmişik, əksinə, vergilər idarəsində fiziki şəxs kimi uçota durub fəaliyyət göstərmişik?

Məhkəmə kollegiyası digər bir iş üzrə, yəni mübahisəli kolxoz bazarının ümumi alqı-satqısının və özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icraatında başqa bir inzibati işin olması, bu səbəbdən də iş üzrə icraatın dayandırılması barədə vəsatətimizə də əhəmiyyət verməmiş və onu təmin etməmişdir (həmin iddia ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir).

Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.

Qeyd edilməlidir ki, yuxarıda göstərilən inzibati işlə bağlı iddia ərizəsində bazarın özəlləşdirilməsi zamanı dövlət büdcəsinə vurlmuş ziyanla bağlı məsələlər qaldırılmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış başqa inzibati işlə əlaqədar olaraq hakim sorğusu ilə Azərbaycan Respublikası Əmlak Bazarı İştirakçıları İctimayi Birliyindən alınmış rəyə görə keçirilmiş monitorinq nəticəsində noyabr 2010-cu ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin mərkəzində qeyri-yaşayış sahəsinin 1 kv.metrinin qiyməti 1500 manat olduğu bilavasitə göstərilmişdir (ekspertin rəyi əlavə olunur).

Təkcə bazarın ümumi tikinti altı sahəsinin 3223.9 kv.m. olduğunu nəzərə alsaq və həmin rəqəmi ekspert rəyinə əsaslanaraq 1500 manata vursaq bu məbləğ 4.835.850 (dörd milyon səkkiz yüz otuz beş min səkkiz yüz əlli) manat təşkil edir. Bazarın alqı-satqısı üçün isə ödənilmiş məbləğ vur-tut 238.462 manatdır. Göründüyü kimi, bununla da dövlət büdcəsinə 4.597.388 (dörd milyon səkkiz yüz otuz beş min səkkiz yüz əlli) manat ziyan vurulmuşdur.

Lakin bütün bu məsələlər apellyasiya instansiyasının məhkəmə kollegiyasının diqqətinə çatdırılsa da məhkəmə kollegiyası heç bir tədbir görməmiş, əksinə birinci instansiyası məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini formal mülahizələr əsasında ləğv etmişdir.

Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Məhkəmə kollegiyasının marağı nə olmuşdur ki, dölət büdcəsinə 4.597.388 manat məbləğində bilavasitə ziyan vurulduğu halda həmin məsələyə heç bir münasibət bildirməmişdir?

Məhkəmənin belə qərəzli mövqeyini əvvəlcədən bildiyimizə görə (belə ki, apellyasiya instansiyasında icraat hələ başa çatmamış və qərar qəbul edilməmişdən bir neçə gün əvvəl Qaradağ rayon İcra Şöbəsindən bizə mağazanı boşaltmaq xəbərdarlığı edilərək bildirilmişdir ki, onsuz da bir neçə gündən sonra məhkəmə qərarı olacaq və onlar mağazanı boşaltmağa gələcəklər!?) tərəfimizdən “Dünya İnformasiya Agentliyi”nin saytında və “Gündəm xəbər”qəzetinin 25 sentyabr 2012-ci il tarixli sayında məqalə dərc edilmiş və həmin yazılarda məhkəmənin ədalətsiz qərar qəbul ediləcəyi barədə məlumat verilmişdir.

Bütün şərh edilənlərdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin işə baxan məhkəmə kollegiyası tərəfindən formal qərar qəbul edilmiş, sübutlar kifayət qədər araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, belə olan halda həmin qərar qanuni və əsaslı hesab edilə bilməz.

Bütün bunlar azmış kimi, hakim V.Ağayev tərəfimdən 06.11.2012-ci ildə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim etdiyim kassasiya şikayətini bu günədək kassasiya instansiyasına göndərilməsini təmn etməmişdir. Görəsən onun nə marağı var ki, o, həmin şikayəti kassasiya instansiyasına göndərməyərək bu günədək özündə saxlamışdır? Hansı ki, tərəflərin iş üzrə qərardan şikayət vermə müddəti 1 (bir) aydan çoxdur ki, bitmişdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Bu gün, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Bu gün, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Bu gün, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Bu gün, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Bu gün, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru