"MURADI ÖPƏN KİMİ RAHATLAŞIRAM"
Tarix: 7-12-2012, 09:02 | Çap et
"SƏNƏTDƏ VƏ HƏYATDA SPONSORUM ATAMDIR"Deyirlər, gözlər qəlbin aynasıdır. Yəni insan emosiyasını, ruh halını mimikası altında gizlədə bilsə də, gözləri həqiqətin carçısıdır. “Gözlər yalan deməz” mahnısının əvəzsiz ifaçısı Yaqut Nəriman həm yaşıl gözlərinin mənalı ifadəsi, həm də səmimiyyəti ilə qəlbinin qapılarını bizlərə açdı.
Şəlalə rubrikasının budəfəki qonağı istedadlı müğənni Yaqut Nərimandır. O, Şəlalə rubrikasının müəllifi və aparıcısı olan Şəlalə Nərimanın bacısıdır. Bugünkü həmsöhbətim həm özü haqda, həm də bacısı haqda maraqlı fikirlərini bizimlə bölüşdü. Deməli, nəhayət ki, maraqlı müsahibələrin müəllifi ilə də yaxından tanış olacaqsınız.
- Özünüz haqda məlumat verərdin?
- Əslimiz Laçınlı, bir tərəfimiz Biləsuvarlıdır. Amma Bakıda anadan olmuşam. Ailədə üç uşağıq. Beynəlxalq Universitetin Xarici dillər fakültəsini bitirmişəm. Musiqi təhsilim ortadı.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Mən 148 nömrəli məktəbi bitirmişəm. Demək olar ki, çox yaxşı oxumuşam. Orta məktəbdə oxuya-oxuya bütün tədbirlərdə ifa edirdim. Beş yaşında bağçaya gedəndə ilk çıxışım AzTV-də olub. O vaxtdan bu sənətə marağım var idi. Sonra Adil İsgəndərov adına mədəniyyət evində Firuzə xanımdan uzun müddət vokal dərsləri aldım. Hətta bu yaxınlarda fortepianoda ifamı mükəmməlləşdirmək üçün bu yöndə fərdi dərslər alıram. İnşallah, Bakı Musiqi Akademiyasına daxil olmaq fikrindəyəm. Məhz bu səbəbdən fortepiano təhsili alıram. Hətta muğam da oxuya bilirəm.
- Toylara gedirsinizmi?
- Çox şükür, toylarım var. Dəvətlərin ara-sırası kəsilmir. Fikirləşirəm ki, əsas can sağlığımdı. Can sağlam olduqca öz üzərimdə çalışmaqla hər bir zirvəni fəth edə bilərəm. Elə olur ki, bir gündə beş dəfə toy deyirlər. Elə əməkdar artistlərimiz var ki, hamısı zəng edib onlarla bir yerdə ifa etməyimi istəyirlər. Çünki mən həm xalq, həm də bəstəkar mahnılarını çox gözəl ifa edirəm. Bir çox tanınmış müğənnilər zəng edəndə çalışırlar ki, bir-birlərindən artıq çox pul versinlər ki, mən gedib ifa edim. Amma mən əsas qabaqcadan hansısa toy evinə söz verirəmsə, gedib orada ifa edirəm. Mənim üçün pul yox, verdiyim söz önəmlidir. Bir çoxları məndən inciyir. Bu il demək olar ki, Göyçay, Quba, Şamaxı toylarında mən iştirak etmişəm. Allah hamıya toy qismət etsin, heç vaxtda qiymət demirəm. Çünki toy işlərimə bacım baxır (gülür.)
- İndiyədək səhnədə kimlərlə tərəf müqabili olmusunuz?
- Gəlin belə danışaq, mən bu sualınızın cavabında konkret adlar çəkməyəcəyəm. Çünki bu, elə təsir bağışlayacaq ki, guya özümü reklam edirəm. Necə deyərlər, xal toplamağa, özümü daha çox tanıtdırmağa çalışıram. Buna mənim ehtiyacım yoxdur. Mənim birinci reklamım səsimdi. Amma indiyədək müxtəlif səhnələrdə bir çox məşhurlarla, hətta çoxunun belə ağıla gətirmədiyi sənətkarlarla, müğənnilərlə tərəfdaş olmuşam.
- Qalmaqallarla müşayiət olunan məşhurluğa münasibətiniz necədir?
- Yox, mən qalmaqalı sevməyən insanam. Qalmaqal yaratmağa, bunun sayəsində dırnaqarası tanınmağa yaxşı da baxmıram. Heç buna da ehtiyacım yoxdur. Çünki mən Tanrının bəxş elədiyi səsimə arxayınam. Elə fikirləşməyin ki, eqoistəm. Qətiyyən yox. Ancaq onu bilirəm ki, xalqımız hər şeydən əvvəl müğənninin səsinə və bununla bərabər onun hərəkətlərinə qiymət verən xalqdır. Hazırda reklamdan düşməyən bir çox yaşıdlarım var. Onlar gəlib canlı ifa edə bilməyəndə məndən xahiş edirlər. Belələrinin sponsoru kimdir, hamı yaxşı bilir. Ehtiyac yoxdur ki, ad çəkim. Vaxt olacaq, necə yandılarsa, elə də sönəcəklər.
- Sizin necə, sponsorunuz varmı?
- Yox, nə sponsorum, nə də himayədarım yoxdur. Mənim sponsorum, himayədarım, köməyim, hər işdə güvənən yerim öz atamdır. Onun sayəsində mənim heç nəyə ehtiyacım yoxdur. Mən hər şeyə görə atama, anama borcluyam və onlara sonsuzadək minnətdaram. Birdə ki, geyimimi, mahnı seçimimi, bütün işlərimi bacım Şəlalənin ixtiyarına buraxmışam. Hər şeyi o görür. Biz bir-birimizi çox istəyirik. Belə deyərdim ki, bacım ən böyük dayağımdır. İnanın, mən sakit təbiətli, o isə dalaşqandır. Özü də xoşlayır ki, kiminləsə rəqabət aparsın. Hətta müğənnilərdən biri mənimlə əlaqə saxlayıb, bir yerdə oturub çay içməyimi istəsə, bacımın icazəsi olmadan getmirəm. Demək olar ki, bütün günü bacımla bir yerdəyik. Allah uzunömürlü etsin bizim bu mehribançılığımızı. Şükür, günü bu gün heç kimə ehtiyacım yoxdur. Mənim bir də dəstəyim siz – “Oxu Məni” olmusunuz hər yerdə. Çox minnətdaram. Ömür boyu da bütün xeyir işlərinizdə canla-başla iştirak etmək mənim borcumdur. Necə ki, iştirak edirəm.
- Belə bir ifadə var: “Bostanıma daş atma”.
- Hə, bildim nə demək istəyirsiniz. Şükür Allaha ki, hələ nə bostanıma daş atan olub, nə də taxta qapımı döyən. Əlbəttə, belə bir şey olarsa, kiminsə tərəfindən mənə qarşı hər hansı yersiz irad, qeybət, ikrah doğuran hərəkət olarsa, mən onu bir daşla susdurmağa qadirəm. Sizə ilk dəfə bir sirr açacağam, amma ad çəkmədən. Demək, bir gün Ticarət Mərkəzində Şəlalə ilə alış-verişə çıxmışdıq. Şəlalə arxadan gəlirdi, mən də qabaqda idim. Həmin bu qızları “Yeni ulduz” yarışmasından hamınız tanıyırsınız. Bunlar da alış-veriş edirdilər. Mən fikir vermədim. Nə isə, toylarda bunlar bir dəfə hansısa mahnını oxuya bilməmişdilər, mən durub ifa eləmişdim. Bir də gördüm ki, bunlar keçəndə söz atdılar, mən oxuduğum mahnını məsxərəyə qoydular. Mən sadəcə özüm fikir vermək istəmədim. Lazım olsaydı, onları susdura bilərdim. Gördüm bunlar baxıb gülürlər, acıqlandım üstlərinə. Dedim, nə olub? Şəlalə arxadan gəlirdi, tez çatdı mənə. Dedi, nə olub? Dedim, heç nə olmayıb. Bilirəm ki, dalaşacaq. Şəlalə özü gördü ki, bunlar bir-birləri ilə nəsə danışıb güldülər. Hamı bilir ki, Şəlalənin ən zəif nöqtəsi mənəm, kimsə mənə nəsə desə, axıra qədər o adamın qolu-qanadı qırılmalıdı, ya da özünün. Allaha and olsun, hələ də yadıma düşəndə şok oluram. İnanmırdım ki, gündəlik getdiyimiz Ticarət Mərkəzində belə etsin. Şəlalə çönüb qızlara dedi ki, nəyə gülürsünüz, podiuma çıxmısınız? Bu yeni ulduzcuqlar da Şəlaləyə dedilər ki, işinlə məşğul ol. Hamı da eşidə-eşidə Şəlalə dedi ki, indi işimlə məşğul olacam. Bir də onu gördüm ki, əlindəki zənbilləri atdı. Bunların ikisinə də bir təpik vurdu. Bir saniyənin içində saçlarını bir-birinə doladı. Qızların başına yumruq qalmırdı, çırpırdı. Qızlar da, düzdür, bunun qollarına cırmaq atmışdılar. Şəlalə də onların burnunu, başını qanatdı. Üst-başı qan içində idi. Ticarət Mərkəzinin işçiləri qızları onun əlindən ala bilmirdilər. Axırda mən yalvardım ki, buraxsın. Bütün camaatın pal-paltarı yerdə idi. Ticarət Mərkəzinin mühafizəçiləri tökülüb gələndən sonra onların saçlarını Şəlalənin əllərindən aldılar. Təzədən Şəlalə cumdu bunların üstünə. Onlar necə qaçdılarsa, heç arxaya da baxmadılar. Sonra bir dəfə toyda onlarla rastlaşdım, qorxularından mənə salam verib, qıraqda oturdular. Elə bil ki, heç nə olmamışdı. Hələ də gözümün qabağından bu səhnə getmir. Düzdür, bacım dalaşqan olsa da, çox gözəl ürəyi var. Həmişə də deyir ki, sənə görə adam öldürsəm də, uf demərəm. Mən də onu çox istəyirəm. İndi mənimlə kim söz-söhbət salmaq istəyirsə, gərək Şəlalə ilə üzbəüz gəlsin. Sonra da bir çox tanınmış jurnalistlər var ki, mənə həmişə dəstəkdirlər. “Azərbaycan” nəşriyyatında özündən deyən oğlanlar var ki, bir bacı kimi və ailəvi dost kimi mənə dəstəkdirlər. Burdan onlara da minnətdarlığımı bildirirəm. İnanın, hansı məclisdə oluramsa, çox vaxt bacım da yanımda olur. Bir də görürsən ki, işi çıxır, yanımda olmayanda hər saniyə mənimlə SMS-ləşir ki, bir şey olsa, məni çağır. Bütün musiqiçilər mənə hörmətlə yanaşır. Çünki o hörməti mən qazanmışam. Bir də onu xatırladım ki, bilməyənlər bilsinlər. Şəlalə uzun müddət idmanla məşğul olub. Sadəcə istəməyib bu sahənin arxasınca getsin. Necə deyərlər, idmana bir hobbi kimi baxıb.
- Siz muğama üstünlük verirsiniz, yoxsa estradaya?
- Gəlin bunları bir-birindən ciddi şəkildə ayırmayaq, həm də bir-birinə qarışdırmayaq. Muğamat bizim xalqın ruhu, qida mənbəyidir. Bu o demək deyil ki, xalqımız estrada, vokal sənətkarlığına biganə münasibət bəsləyir, onu sevmir. Qış nə qədər sərt keçsə də, onun öz gözəlliyi, yayın dəhşətli istisinin öz gözəlliyi var. Elə deyil... Əlbəttə, yaşlı nəsil daha çox muğamata, gənc və nisbətən cavan yaşlı müasirlərimiz isə estrada, vokal janrlı musiqilərə daha çox meyllidir. Əsas odur ki, yaradılan, ifa edilən hər hansı əsər xalqın ruhunu oxşaya bilsin, sevilsin. Mən muğam dərsini Əlövsət Qarabağlıdan, Səfa Qəhrəmanovdan almışam. Vokal dərslərimi Esmiralda xanımdan almışam. Yeri gəlmişkən, mənim karyeramda əməyi olan bütün şəxslərə minnətdarlığımı bildirirəm.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Bir çox xalq mahnılarını yenidən aranjeman etdirirəm, fərqli tərzdə ifa edəcəm. Zeynəb Dostəliyevaya minnətdaram, özünün “Dünya” mahnısını mənə təmənnasız verdi, ifa etdim, çox gözəl alınıb. Bəstəkar Arif Səlimovdan mahnılarım var. İnşallah, ifa edəcəm. Bəstəkar Kamal müəllimin “Gözlər yalan deməz” mahnısını yeni versiyada ifa edəcəm. Artıq hər yerdə sevilir. Novosibirskə, Qazaxıstana dəvətlərim var. İnşallah gedəcəm. Gözəl bir layihə üzərində çalışıram. Alınsa, birinci sizə deyəcəm.
- İlk məhəbbətiniz olubmu?
- Elə bir insan varmı ki, ilk məhəbbəti olmasın? Olub, keçib. Uşaq vaxtı.
- Bəs sevdiyiniz şəxs varmı?
- Məni sevən çoxdur, mən hələ fikirləşirəm (gülür). Çünki elə addım atmaq lazımdır ki, yanılmayasan. İnşallah, düzgün seçim edərəm.
- Qısqancsınız?
Çox qısqancam. Mənim olan mənim olmalıdır. Başqası baxmamalıdır. Bilirəm ki, qısqanclıq ən saf və təmiz hisslərin qənimidir. Məsələn, Aleksandr Düma belə hesab edib ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir. Amma bir çoxları da fikirləşir ki, qısqanclıq insanları bir-birinə bağlayır. Qısqanclıq olmasa, demək, sevmirsən, sevgi yoxdur, kiməsə istəyin yoxdur. Mən qısqancam, özü də xasiyyətim çox tünddür. Bununla belə, çox sadə insanam, amma səbirsizəm.
- Şou-biznes nədir?
- Mənə dövlətimin qanunları maraqlıdır. Şou-biznesin özü bir çirkabdır. Qanunları-qaydaları yoxdur. Varsa da, onları sponsorlar yazır. Çünki pulu verən musiqini sifariş verir, qalanlarını da o havaya oynadır. Mən özümü incəsənətdə görürəm, şou-biznesdə görmürəm. Mənim öz dəst-xəttim var. Öz mahnılarımla gündəmdə olmaq istəyirəm. Lider televiziyasında “Solo” verilişində bir saat canlı oxudum. Ondan sonra məni böyük sənətkarlar axtarıb tapdılar və “həmişə səsini qoru, bu yüksəklikdə qal” dedilər. Reallıq göz qabağındadır. Göz yaşını tökür efirdə, hansısa yarışmada, səhər elə bir sponsoru çıxır ki, ona ev, maşın alır və gündəmdə qalmaq üçün əlindən gələni edir.
- Efirdə az görünməyinizin səbəbi nədir?
- Az görünməyimin səbəbkarı özüməm. Yalnız görünmək, özümü göstərmək xatirinə ekrana çıxmaq mənim prinsipimə uyğun deyil. Mənim prinsipim az görünmək, iş göstərmək, ruhla bədənin barışığını yaratmaqdır. Ürəyim istəyəndə çıxıram efirə. İki aydan çox “Gözlər yalan deməz” klipim ATV-də getdi. Çox verilişlərə dəvət alıram. Yetərincə dövlət tədbirlərində iştirak edirəm.
- Sizcə həyatda necə yaşamaq lazımdır?
- Mənsub olduğu milləti Tanrı qədər sevərək, milli və əxlaqi dəyərlərə söykənərək. Yalanı sevmirəm. Həmişə düz olduğuma görə düzlük istəyirəm mənə qarşı.
- Bir nağılda deyildiyi kimi, hirsləndirsəm səni, nəylə döyərsən məni?
- Ürəyimin təmizliyindən zəhəri içimə buraxıram. Bir də ki, fikirləşib götür-qoy edirəm.
- Həyatda sizi nə qıcıqlandırır?
- Çox insanlardan haqsızlıq görəndə qıcıqlanıram. Sənət aləmində paxıllıq hissini görəndə məyus oluram.
- Sizcə sevib evlənənlər xoşbəxt olur?
- Mən ailəli olmadığım üçün bu barədə təcrübəm yoxdur. Amma fikrimcə, elə bir mütləq qanun olmamalıdır. Bu qarşı tərəflərin mədəniyyətindən, ailə tərbiyəsindən, dünya görüşündən, əxlaqından irəli gələn məsələdir. Mən elə ailə tanıyıram, neçə illərdi bir evin içində danışmırlar. Eşidib bildiyimə görə, çox az halda olur ki, sevib evlənənlər xoşbəxt olsun. Mənim fikrimcə, əsas odur ki, bir-birini başa düşəsən. Əgər istədiyin insandan ötrü darıxırsansa, ürəyin döyünürsə, bu sevgidir. Fikirləşirsən, qısqanırsan. Əsas odur ki, hər şey qarşılıqlı olsun.
- Yaşınız az olsa da, ötən günlərə dönmək istərdinizmi?
- İstəməzdim dönəm (kövrəlir). Həyatda nə yaşayırıqsa hamısı Tanrının sınaqlarıdı bizim üçün. Bu günə də min şükür edirəm.
- Yaqutun nazını kim çəkir?
- Ailəm, anam. İnanın, yuxudan duran kimi çayım, yeməyim hazırdı. Birinci bacıma zəng edirəm. Çox vaxtda mənə deyir ki, niyə qoymursan yatam? Axşam toydan gəlsəm də, neçədə yatsam da, səhər saat səkkizin yarısı dururam.
- İdealınız kimdir?
- Sənubər İsgəndərli.
- Kimin mahnısını dinləyirsiniz?
- İlhamə Quliyevanın.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Üzgüçülüyə gedirəm. Ümumiyyətlə, ziyarətlərə getməkdən zövq alıram, mənəvi cəhətdən rahatlıq, paklıq tapıram.
- Sizcə qadınlar ağıllıdır, yoxsa kişilər?
- Əlbəttə, qadınlar. Qadınlar kişilərdən beş çömçə yuxarıdır.
- Kişi qadını necə xoşbəxt edə bilər?
- Ona olan təmiz sevgisi, yüksək dərəcədə hörməti ilə. Onu həmişə dəyərli hesab etsin, heç vaxt xəyanət etməsin.
- Həyatda prinsipial insansınız?
- Əslində, indiki zamanda prinsipial olmaq lazımdır. Qarşıma məqsəd qoyuram və ona nail olmağa çalışıram.
- Ürəyinizin səsini kimsə eşitməyəndə nə etmisiniz?
- Sakitcə durub məsələnin çözümünü səbirlə həll etməyə çalışıram. Düşünürəm ki, bu, Tanrının göndərdiyi bir sınaqdır. Əgər səni başa düşən yoxdursa, demək, həm də qüsuru özündə axtarmalısan. Ola bilər ki, bəziləri fərdi olaraq səni başa düşməsin. Onda sadəcə susuram. Yorğun olanda da bacım oğlu Muradı qucaqlayıb öpən kimi rahatlaşıram.
- Elə çıxılmaz anınız olubmu ki, gücünüz yalnız göz yaşına çatıb?
- Olub. Olub ki, həqiqətən həmin məqam üçün yalnız göz yaşına çatıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|