Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır”

Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır”


Bu gün, 11:04
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır”
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satın alınmas üzrə 29.08.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “ABA TRADING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3.388.151,09 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Məlumat qurum tərəfindən satınalmalarının vahid internet portalında 20.11.2024 -cü il tarixdə dərc edilib.
Qeyd edək ki, internet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı paytaxtımızın yaşıllaşdırılmasına məsul Birliyin 3 milyon manatdan çox müqavilə bağlamaq istədiyi “Aba Trading” MMC -nin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABA TRADING” (VÖEN: 1403363701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.03.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 191210.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV 3 MKR, ev 5, m. 21, qanuni təmsilçisi kimi isə Əlizadə Bəxtiyar Əli oğlu qeyd olunub.
Rəsmi məlumatlardan da göründüyü kimi MMC 2016-cı ildə yaradılıb. Satınalmaların internet portalında MMC-nin “Bakı Metropoliteni” QSC-nin yaşıllaşdırma işlərinin satın alınması üzrə 136.887,67 manat dəyərində bağladığı müqavilədən başqa məlumat yoxdu. Sözügedən MMC analoji işləri harada görüb? Bu MMC Qanunvericiliyin tələbinə uyğun olaraq 3 milyon manat dəyərində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə satınalan təşkilata nə kimi sanədlər təqdim edib? Eyni zamanda, satınalma predmeti üzrə satınalma müqaviləsinin icrası üçün MMC-nin maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı qanunla müəyyən edilmiş qaydalara əməl edilibmi? Təbii ki, yox.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Birliyin müstəqil balansı olsa da Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir. Yəni pulları İcra başçısı Eldar Əzizov ayırır. Eldar Əzizov da pulları haralara ayırır?
Hələ 2021-ci ildə paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməsinə başlanılmışdı. Həmin dövrdə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən bəzi küçə və prospektdə yerləşən binaların sakinlərinə gül dibçəkləri də paylamışdılar. Bu təşəbbüs sonradan niyə dayandı və paylanmış gül dibçəklərinə ayrılan pullardan heç kimi xəbəri olmadı.
İndi də yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satın alınması adı altında fəaliyyət sahəsi bəlli olmayan bir şirkətdən qiyməti 3 milyon manatdan çox olan müqavilə bağlamaq istəyirlər.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Mirdamət Seyidova gəlincə. Onun gəlirləri başqa yerlərdəndi. Nə çoxdu Bakı şəhərində “başı” kəsiləsi ağaclar. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürür. Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər.Bunlar isə mediada Mirdamət Seyidov haqqında yazılanlardır. Görsənən odur ki, Mirdamət Seyidov gübrə və pestisitləri Bakı şəhərində kəsilən ağacları yenidən yaşıllaşdırmağa alır.
Aktualinfo.org

Geri qayıt