Əsas Səhifə > Şou-biznes > "Onun kimi yoldaşım olsaydı, əvvəlcə boşanardım..."

"Onun kimi yoldaşım olsaydı, əvvəlcə boşanardım..."


30-01-2016, 10:15
"Onun kimi yoldaşım olsaydı, əvvəlcə boşanardım..."
Aktrisa Fidan Axundova "Eks-bacanaqlar" serialında oynadığı Mətanət obrazından danışıb.

Dia.az-ın milli.az-a istinadən məlumatına görə, aktrisa heç vaxt "Taleh" kimi bəylə evli qala bilməyəcəyin deyib:

"Taleh (Elməddin) kimi həyat yoldaşım olsaydı, əvvəlcə ondan boşanardım, sonra onu çoxlu döyərdim. Hirsim soyumazdı, yenidən bir də döyərdim (gülür). "Pərvanələrin rəqsi" serialında oynayanda yaşayıb rolumu oynayırdım. Elə bilirdim ki, bütün hadisələr həyatda baş verir. Əslində Mətanətin xarakteri mənə daha çox oxşayır, çılğındır, emosionaldır, amma bir o qədər də safdır. Mənim həyatda insanlara inamım çox deyil. Ümumiyyətlə, çox nadir hallarda kiməsə inanıb etibar edirəm. O da əsasən öz doğmalarıma. Əslində tez ünsiyyətə girən adam kimi görünsəm də, mənim iç dünyamı heç öz yaxınlarım da axıra qədər bilmirlər".

Geri qayıt