Əsas Səhifə > Şou-biznes > Flora Kərimova ilə Nadir barışdı

Flora Kərimova ilə Nadir barışdı


27-01-2016, 09:38
Flora Kərimova ilə Nadir barışdı
Xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə toy məclislərinin birində üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə, uzun müddətdir küsülü olan ifaçılar barışıb.

Barışıq addımını N.Qafarzadə özü atdığını bildirib:

“Bu gün xeyir işdə Flora xanımı gördüm. Aramızda inciklik olsa da, yaxınlaşıb görüşməyi özümə borc bildim. Elə də etdim, mən onu sevirəm. Yaşa dolduqca həyata baxışım dəyişir. Heç kimlə küsülü qalmaq istəmirəm. Qorxuram ki, qəfil dünyadan köçərəm, kimdənsə küsülü gedərəm. Bir-birinizin qədrini bilin, onsuz da dünya fanidir”.

Qeyd edək ki, F.Kərimovanın N.Qafarzadə üçün dediyi “Sənə çörəyi mən vermişəm” sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə xalq artistinə sərt cavab vermişdi.

Flora Kərimova ilə Nadir barışdı

Geri qayıt