Əsas Səhifə > Şou-biznes > Murat Boz azərbaycanlılara səsləndi

Murat Boz azərbaycanlılara səsləndi


6-01-2016, 09:04
Murat Boz azərbaycanlılara səsləndi
Murat Boz Bakıya təqdimata gəlir.

Gecce.az xəbər verir ki, müğənni rol aldığı "Kardeşim benim" filminin qala gecəsində iştirak edəcək. Bu barədə sənətçi İnstagram səhifəsində gedəcəyi ölkələrə, eyni zamanda azərbaycanlı sevənlərinə səslənib:

"Kardeşim benim" ölkədən kənar izləyiciləri ilə görüşə hazırlaşır. Biletləriniz almağı unutmayın".

Qeyd edək ki, yanvarın 15-də film ilk olaraq Türkiyədə nümayişə çıxarılacaq. Daha sonra Azərbaycanla yanaşı Berlin və Amsterdamda viziona girəcək. Nizami Kinoteatrında nəzərdə tutulan qala gecəsi fevralın 10-na nəzərdə tutulub.

Filmdə Murat Bozla yanaşı Burak Ozçivit və Aslı Enver rol alıb.

"Kardeşim benim" illərdir küsülü olan iki ünlü qardaşın, atalarının vəsiyyəti sonra dəyişən həyatını izah edir. Filmdə iki məşhur musiqiçi qardaş olaraq tamaşaçının qarşısına çıxır. Aslı Enver isə naşı bir müxbir rolunu canlandırır.

Geri qayıt