Əsas Səhifə > Şou-biznes > Aşıq Əli Yeni ili qeyd etməkdən imtia edib

Aşıq Əli Yeni ili qeyd etməkdən imtia edib


30-12-2015, 10:36
Aşıq Əli Yeni ili qeyd etməkdən imtia edib
Aşıq Əli dekabrın 31-i yalnız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcəyini bildirib. Həmin gün şou proqramlardan imtia edən aşıq ailəsi ilə birlikdə olacaq.

"Mən yalnız həmrəylik günümüzü qeyd edəcəm. Ailəmlə birlikdə olmağa qərar vermişəm" - deyən Aşıq Əli sənətindən söz açdı.
Bildirdi ki, repertuarında bir çox janrlara yer ayırsa da, daha çox aşıq sənətini önəmsəyir:

"Mənim ifamda tələbat daha çox aşıq sənətinədir. Əksər janrlarda ifalarım olub. Amma bunların sırasında aşıqlaq sənəti zirvədə durur. Bəzən el şənliklərində müxtəlif ifaçıların repertuarından mahnılar istəyirlər ki, dost məclisi olanda keçmək olmur. Mahnını bilirəmsə oxuyuram. Amma hər istəyi də nəzərə almıram. Efirdə daha çox aşıq mahnılarını təbliğ edirəm. Bu, mənim sevib-seçdiyim əsl sənətimdir".

Geri qayıt