Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni Amerikaya köçür

Azərbaycanlı müğənni Amerikaya köçür


29-12-2015, 10:01
Azərbaycanlı müğənni Amerikaya köçür
Müğənni Nazim Pişiyari (Faytonçu) Amerikaya köçür.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Nanəli” verilişində deyib:

“2016-cı ili burada qeyd etməyəcəm. ABŞ-a köçürəm. Təhsil alacam. Buna görə də yarım il orada qalacam. Təhsilim bitdikdən sonra vətənə qayıdacam”.

Nazim müğənni Vasif Məhərrəmli ilə aralarındakı qalmaqala da aydınlıq gətirib:

“Vasif, öpürəm səni. Mən ondan küsməmişəm. O mənlə danışmır. Mən gedirəm Amerikaya, Vasif, gəl mənə çat”.

Qeyd edək ki, V.Məhərrəmli həmkarı haqqında “Nazim oxuya bilmir” ifadəsini işlətmişdi.

Geri qayıt