Əsas Səhifə > Şou-biznes > “Məni bu vəziyyətə salanları...”

“Məni bu vəziyyətə salanları...”


27-11-2015, 08:45
“Məni bu vəziyyətə salanları...”
Əsəblərimi korladılar,onları Allaha tapşırıram.

Bu sözləri əməkdar artist Firuzə İbadova səhhətində yaranan problemlə bağlı Axar.az-a danışarkən deyib. Müğənni stress keçirdiyinə görə vəziyyətinin ağırlaşdığını bildirib:

“İllərdir bir məsələ ilə bağlı problem yaşayıram. Bu problemlə bağlı keçirdiyim stress əsəblərimidə pozdu. Məni bu vəziyyətə salanları Allaha tapşırıram, onlar illərdir mənim əsəblərimlə oynayırlar. Özümü çox pis hiss edirəm.

Yaxşı ki, sənət dostlarım yanımdadır. İlhamə xanımın səhhətində problem olmasına baxmayaraq, hər gün köməkçiləri zəng edib deyirlər ki, İlhamə xanım sizə görə narahatdır. Duet ortağım Cavanşir Məmmədovda mənə dəstək olur. İnanıram ki, onların köməyi ilə bu günlərdə keçəcək”.

Geri qayıt